Həmid Dönməz () — Türkiyədə mühacir kimi fəaliyyət göstərmiş azərbaycanlı şair. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü.
Həyatı Həmid Dönməz 1900-cu ildə Gəncədə İmamlı məhəlləsində anadan olub. Onun babaları əslən Güney Azərbaycanın Marağa şəhərindəndir. Qacarlar dövründə Bakıya gəlmiş babası Həmdullahın 4 oğlu (Əhəd, Səməd, Həbib, Abdullah ) və 1 qızı (Rəxşandə) olmuşdu.
Həmid Dönməz ilk təhsilini Gəncədə Şah Abbas məscidində fəaliyyət göstərən "Məktəbi-Ruhani"də almışdı. Bu məktəb dini məktəb adı altında fəaliyyət göstərsədə orada gizlicə dünyəvi elmlərdəndə dərs verilirdi. 1894-cü ildə Gəncə şəhərinin varlılarından tanınmış Hacı Məhəmmədhüseyn Rəfiyev ilə Cavad xanın soyundan Əli ağa Ziyadxanov Gəncədə bir məktəb açmağa qərar vermişdilər. Fəqət bunlar Çar idarəsi və rus despotizminin milli şurun inkişafına xidmət edəcək müxtəlif müəssisələrin yaradılmasına maneə olacağına bildikləri üçün bu yeni tipli bu məktəbə "Məktəbi Ruhani" adını verməyi münasib görmüşlər.
Bakıda Pedaqoji İnstitutda təhsil alıb. 1926-cı ildə əlliyə yaxın dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir-Iikdə həbs edilib. 8 aydan sonra azadlığa buraxıldıqdan sonra əvvəlcə İrana oradan isə Türkiyəyə keçib. İğdırda yaşayıb və şeirləri əsasən Türkiyə mətbuatında çap olunub.
Azərbaycan müstəqilliyini yenidən elan etdikdən sonra 1991-ci ildə Azərbaycana gəlib. Bakıda keçirilən mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak edib. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
Həmid Dönməz 1996-cı il 11 mart tarixində həyata gözlərini yummuş, 13 mart tarixində Ankara Hacı Bayram Məscidində qılnan namazdan sonra Qarşıyaxa məzarlığında dəfn edilmişdi.
Fəaliyyəti
AXC dövrü 1918-ci ildə AXC qurulduqdan sonra Həmid Dönməz Xuraman xanımın rəhbər olduğu XIX qızlar məktəbində müəllimlik etməyə başlamışdır. O, bu məktəbdə 1924-cü ilə qədər çalışmışdır.
Sovet dövrü 1924-25-ci dərs ilində Bakı Ali Pedoqoji İnstutuna yüksək göstərici ilə qəbul olmuşdur. 1925-26-cı kurs imtahanlarını bitirdikdən sonra məktəbdə olarkən diyar qəzeti olan “Örnək”qəzetinə vermiş olduğu “boynun bükük, bənövşəm, mənəkşəm” ünvanlı yazıdan dolayı dəfələrcə sorğuya çəkilmiş, kommunist tələbə ittifaqı sədri Əbdualı Sərdarlı tərəfindən təqiblərə məruz qalmışdır. Bundan sonra Həmid Dönməzi 6 iyul 1926-cı ildə Gəncədəki İmamlı məhəlləsindəki evlərində gecə saat ikidə basqın edərək həbs edildi. Müxtəlif təzyiqlərdən sonra Türkiyənin İrandakı hərbi ataşesi Hüsaməddin Tuğaçın köməkliyi ilə Türkiyə gedə bilmişdi.
Türkiyə dövrü Həmid Dönməz Türkiyədəki fəaliyyəti zamanı 50 mindən artıq beyit şeir yazmışdır.
Həmid Dönməz Türkiyədə Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində yaxından iştirak edib. Həmid Dönməz şeirlərində həm də Hikmət Dəmir Qarslı imzası ilə çıxış edirdi. Şeirlərində doğulduğu Gəncə və sonrakı həyatında önəmli rol oynayan Qarsla bağlı şeirlər xüsusi yer tutur. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Sovetlər tərəfindən işğal edildikdə Gəncədə may ayında işğala qarşı üsyan baş vermişdi. Həmin zaman Həmid Dönməzin 20 yaşı var idi, o özü də üsyan iştirakcısı və şahidlərindən idi. Bu onda dərin iz buraxmışdı.
Mənbə
İstinadlar
Ədəbiyyat
Həmçinin bax
Azərbaycan Kültür Dərnəyi
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Azərbaycan Kültür Dərnəyinin üzvləri