thumb|Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun zabitləri. Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti milli ordusu üçün hərbi kadrlar hazırlayan təhsil müəssisəsi.Manaf Süleymanov, Azərbaycan Ordusu(1918–1920), Bakı, 1998

Yaradılması Hərbi nazirin 1919-cu il, 28 yanvar tarixli əmrinə əsasən, Gəncədə yaradılmışdı. Statusuna görə kiçik komandirlər və mütəxəsislər hazırlayırdı. Təminat və təchizatın, müəllim-zabit kadrlarının və dərs vəsaitlərinin çatışmazlığı tədrisin təşkilinə əlavə çətinliklər yaradırdı. 1919-cu ilin, iyulunda İstehkamçılar məktəbi Praporşiklər məktəbi Bakıya köçürülməsi qərara alındı. 1919-cu ilin avqustun axırlarında məktəb əvvəlcə Gəncəyə, sonra isə (sentyabrın 5-i) Bakıya köçürüldü. Məktəbin rəisi polkovnik B.K.Bekov idi.

Ləğvi İstehkamçılar məktəbi , Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1920-ci ilin iyulun 14-də ləğv olunmuşdur.

Mənbə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti İstehkam idarəsi maddəsi.

İstinadlar

Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti İstehkam idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində hərbi təhsil