Boris bəy Sofiyev (; doğum adı: Əskər Sofiyev; 10 iyun 1872 – 25 aprel 1934) — Rusiya İmperator Ordusunun zabiti, Rus-yapon və Birinci Dünya müharibələrinin iştirakçısı. Müqəddəs Georgi ordeni kavaleri.
Həyatı Boris bəy Sofiyev Tiflis quberniyasından olan zadəgan ailəsində anadan olub. Atası Abbasqulu bəy Sofiyev Terek kazak qoşunlarının Volqa alayının qoşun starşinası olub. Anası Mixalina Yakubovskaya litva-tatar mənşəli nəsildən idi. Boris bəy Sofiyev XIX əsrin 90-cı illərində pravoslavlığı qəbul etmiş və adını Əskərdən Borisə, ata adını isə Abbasquludan Aleksandra dəyişdirmişdir.Азербайджанский некрополь во Франции — irs-az.com
Ümumi təhsili Pskov kadet korpusunda alıb. Xidmətə 3-cü Aleksandrovski məktəbində sıravi yunker kimi başlayıb. 1894-cü ildə təhsilini bitirdikdən sonra podporuçik kimi 110-cu Kamski piyada alayına göndərilib. Eyni ildə xidməti üzrə sınaqdan keçməsi və sonradan artilleriyaya köçürülə bilməsi üçün müvəqqəti olaraq, 6-cı artilleriya briqadasına göndərilib. 1896-cı ildə 6-cı, 1898-ci ildə isə 2-ci artilleriya briqadasına köçürülüb. 19 iyul 1898-ci ildə poruçik, 19 avqust 1901-ci ildə isə ştabs-kapitan rütbəsinə layiq görülüb.
1904–1905-ci illərdə rus-yapon müharibəsində iştirak edib.
1907-ci ildə 1-ci Şərqi-Sibir mortira artilleriya divizionuna köçürülüb və kapitan rütbəsinə təqdim edilib. 1912-ci ildə 19-cu artilleriya briqadasına köçürülmüşdür.
1913-cü ildə zabit artilleriya məktəbinə ezam edilmiş Boris bəy Sofiyev oranı uğurla bitirmişdir. 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlib və 19-cu artilleriya briqadasının batareya komandiri təyin olunub.
Birinci Dünya müharibəsinin başlanması ilə 65-ci artilleriya briqadasında 5-ci batareyanın komandiri təyin edilib.
4 noyabr 1915-ci ildə polkovnik rütbəsinə yüksəlib. 30 aprel 1916-cı ildə 57-ci artilleriya briqadasının 1-ci divizionunun komandiri təyin edilib.
Vətəndaş müharibəsi zamanı ağ hərəkatın iştirakçısı olub.Волков С. В. База данных "Участники Белого движения в России" O, Yaroslavl üsyanı və Bredov yürüşündə iştirak edib.
1920-ci ildə Yuqoslaviyaya, daha sonra isə Fransaya köçüb. 25 aprel 1934-cü ildə Parisdə vəfat edib.
Mükafatları III dərəcəli Müqəddəs Stanislav ordeni (19.01.1901) III dərəcəli Müqəddəs Anna ordeni (21.01.1906, 13.05.1907) "Cəsurluğa görə" qızıl silah (22.11.1914, 24.02.1915) IV dərəcəli Müqəddəs Georgi ordeni (26.11.1914, 13.01.1915) II dərəcəli Müqəddəs Stanislav ordeni (11.02.1915) II dərəcəli Müqəddəs Anna ordeni (qılıncla birlikdə) (29.03.1915, 11.01.1916) IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) (22.08.1915)
Ailəsi Qardaşı — Nuh bəy Sofiyev
Arvadı — Lidiya Nikolayevna Rodionova
Oğulları: Yuri (doğ. 20.02.1899), Lev (doğ. 11.11.1902) və Maksimilian (doğ. 17.01.1906).
İstinadlar
Xarici keçidlər Boris bəy Sofiyev grwar.ru saytında
Kateqoriya:Georgi silahı kavalerləri Kateqoriya:Parisdə vəfat edənlər