Şahrux mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar () — Polkovnik

Həyatı Şahzadə Şahrux mirzə Kazak polkunun leyb-qvardiya polkovniki olmuşdur. Şahzadə 1915-ci ildə Cəbrayılda vəfat etdi.

Ailəsi

Dörd oğlu, üç qızı olub: Kamran Mirzə, Camal Mirzə, Darab mirzə Qovanlı-Qacar və Qəhrəman mirzə Qovanlı-Qacar, Fəxrisoltan, Tacülmülk və Nimtac xanım idi.

Oğlu Qəhrəman mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar — müəllim, Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi. Qəhrəman mirzə Şahrux mirzə oğlu 1888-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, sonra Puşkin adına İrəvan Müəllimlər məktəbinə daxil olmuşdu. Müəllimlər şurasının qərarı ilə müəllimlik şəhadətnaməsi almışdı. Azərbaycanın bir çox məktəblərində müəllim işləmişdi.

İstinadlar

Həmçinin bax Bəhram mirzə Qovanlı-Qacar Darab mirzə Qovanlı-Qacar

Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Bəhməni ailəsi Kateqoriya:Şuşa hərbçiləri Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları