Trypanosoma loricatum ()-Mastigophora tipinə aid olan növ.

Xarici quruluşu

Trypanosoma loricatum Monomorfik tripanosom ellips və ya oval bədən quruluşuna malikdir, səthi kələ-kötürdür. Bədənin hər iki tərəfi yumurulanmışdır. Titrək membran çoxlu qatlara malikdir. Kinetoplast nisbətən iridir, arxa tərəftədir, nüvədən uzaqda yerləşir. Nüvə dairəvidir. Kinetoplast və nüvə çox vaxt bədənin periferik hissəsində yerləşir. Qamçı çox vaxt görünmür. Bədədnin uzunluğu 32.0-59.0, eni – 23.0-26.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 13.0-24.0, kinetoplastın ölçüsü 1.0-1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə - 1.0-4.3. Nüvəni uzunluğu 3.4- 6.0, nüvənin eni 4.0-6.0, nüvədən ön qutaracağadək 14.0-31.5, titrək membranın eni 1.0-2.0, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.5-15.0 mkm-dir.

Yayılması

Trypanosomaloricatum Kür çayı, Araz çayı, Qanıxçay, Şəmkirçay, Qarayazı gölü, Çınqıl karxanası, Naxalıqçay, Qanlıgöl, Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarları, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.

Həyat tərzi

Parazit həyat tərzi keçirir. Sahibi: göl qurbağası Pelophylax ridibundusdur.

Həmçinin bax Tripanasoma karasiya Tripanasoma persale

Xarici keçidlər Trypanosoma Trypanosoma

Mənbə Mahir Əli oğlu Hüseynov Azərbaycanda balıq, amfibi və su reptililərinin ibtidai qan parazitləri;

Kateqoriya:Sarkomastiqoforlar