Əvəz Cəlal oğlu Mahmudov () – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı.
Həyatı və fəaliyyəti Əvəz Mahmudov 1935-ci ildə Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. İbtidai təhsilini Ağdü kənd orta məktəbində almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinə daxil olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışmışdır. Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlamışdır.
1972-ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışdır. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi , AİB və Azərbaycan Aşıqlar birliyinin üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olmuş, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür.
Dövlət tərəfindən bir çox mükafatlara, fəxri fərmanlara və başqa mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası " Tərəqqi " medalına , Azərbaycan Təhsil Nazirinin əmri ilə " Qabaqcıl təhsil işçisi " mükafatı, " Qızıl qələm " mükafatı , " İlin ən yaxşı məktəb müsabiqəsinin qalibi mükafatı "
Altı övladı var. Hal-hazırda SDU-də "Pedaqoji təcrübənin rəhbəri" vəzifəsində çalışır.
Bədii yaradıcılığı
Nəşr olunmuş əsərləri "El yada düşdü" (Yazıçı, 1984) "Dağlar marala qaldı" (Gənlik, 1991) "Ömür payı" (Azərnəşr, 1995) "Sinəsi dolu nənəm" (Gənclik, 1996) "Ömürdən qalan izlər" (Təhsil, 1998) "Ağ dovşanın nağılı" (Sumqayıt nəşr, 1999) "Yaddan çıxmaz günlərim" (Təfəkkür, 2002) "Bizi deyib gəlmə, Mirzə" (Təfəkkür, 2003) "Dünya hara gedirsən" (Sumqayıt nəşr, 2004) "Səni gözləyirəm" (Pedaqoqika, 2004) "Sənə sözüm var" (Kövsər nəşriyyatı, 2004) "Analı dünyam" (Nurlan, 2006) "Ümumbəşəri bəla erməni xəstəliyi" (Nurlan, 2007) "Dağlar, gözləyin məni" (Nurlan, 2008) "Təlimdə ənənəvilik və müasirlik" (Nurlan, 2008) "Bu dünyaya könül verdim" (Nurlan, 2008) "Seçilmiş əsərlər 5 cilddə" (Bilik nəşriyyatı, 2011) "Xocalı harayı" (Bilik nəşriyyatı, 2012) "Ana duası, könül dünyası" (Bilik, 2014) "Bağışla məni" (Elm və təhsil, 2016) "Sözümdə Vətən ətri var" (Elm və təhsil, 2016) "Ölməyə Vətən yaxşı" (Elm və Təhsil, 2018)
Məqalələri 567- dən çox elmi – publisistik və metodiki məqalələr müxtəlif mətbuat orqanlarında " Azərbaycan müəllimi " , " Azərbaycan qəzeti " , " Xalq qəzeti " , " Təhsil və Zaman " qəzeti , " Sumqayıt " qəzeti , " 168 " qəzeti , " Ədalət " qəzeti , " Vedibasar " qəzeti , " Möhtəşəm Azərbaycan " qəzeti , " Həkəri " qəzeti , " Sözün sehri " qəzeti və.s çap olunmuşdur.
Sumqayıtda hadisə. (1988-ci il 27-29 fevral hadisələri haqqında) // Lələdağ Mahmud Ə. Yaddan çıxmaz günlərim. Bakı: Təfəkkür, 2002. səh. 119-121. Fitnəkarlıq, yaxud erməni xisləti : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 28 mart. – S.7. " Sənə sözüm var ". Bakı: " Kövsər " - 2009)
Dram Əsərləri "Tələ" "Dağlarda tufan" "Qorxaq" "Batmanla gələn dərd" "Gecikmiş etiraf" "Burda bir el vardı" "Haray dünya , haray mənim Koroğlu babam" Hüseyn Ərəblsinksi adına Sumqayıt Dövlət Musiqili Dram teatrında tamaşaya qoyulmuşdur.
Şeirləri "Ulduz", "Kirpi" , "Ədəbiyyat qəzeti", "Azərbaycan gəncləri ", "Azərbaycan müəllimləri " və s. müntəzəm çıxmışdır. "Ordadı" "O çiçəyi ayaqlama" "Eyləyirsən"
Almanaxlarda "Yeni səslər" , "Azərbaycan harayı" , " El şairləri ", " Yazıçı " qəzetində (Bakı, 1984) dərc edilmişdir.
İstinadlar
Xarici keçidlər "Əvəz Mahmud Lələdağ " 80 illik yubleyi Əvəz Mahmud Lələdağın sözlərinə hazırlanan videoçarx Əvəz Mahmud Lələdağın DTV-də Senet Yollarında- Teatr "Gecikmiş etiraf" Xeberle.com- Əvəz Mahmud Lələdağla müsahibə Əvəz Mahmud Lələdağ "Xocalı Harayı" Əvəz Mahmud Lələdağ "Ömür Payı" Əvəz Mahmud Lələdağ yubileyini Sumqayıtda oxucuları ilə birgə qeyd etdi Sumqayıtda dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd olunub
Əvəz Mahmud Lələdağın 80 illik yubileyi keçirildi Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər