Ülvi Ramiz oğlu Mehdiyev () — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri.
Həyatı Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. Həmçinin ABŞ-nin Dyuk Universitetinin Adaptiv strateji idarəetmə ixtisasının magistr və Massaçusets Texnologiya İnstitutunun (MIT) rəqəmsal transformasiya üzrə liderlik proqramları üzrə təhsil alıb. 2005–2006-cı illərdə hərbi xidmət keçib. 2006–2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.
Ailəsi Ailəlidir, 3 uşağı var.
Fəaliyyəti Ülvi Mehdiyev 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Mükafatları 27 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Ülvi Mehdiyevi təltif etmişdir.
27 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ülvi Mehdiyevi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etmişdir.
İstinadlar
Xarici keçidlər Ülvi Mehdiyev — Twitter səhifəsi 15x15px Ülvi Mehdiyev — Facebook səhifəsi15x15px Economic diversification, women and youth top agenda as Head of Eurasia concludes Azerbaijan visit- UNDP Europe and Central Asia UNDP supports civil society, women and youth in Azerbaijan- Bear Trust On- Arrival Azeri Visas Coming Soon- Financial Tribune President IlhamAliyevInagurates ‘ASAN xidmet’ center in Kurdamir- MENAFN ACSH will participate in the first Global Forum on Governments’ agile response to COVID-19 Ambassador’s activities- Embassy of the Republic of Korea to Azerbaijan ISESCO Director General visits Azerbaijan’s State Agency for Public Service and Social Innovations, in Baku- ISESCO Marrakech: Continuation of cooperation on the establishment of One-Stop-Shop Centres in Montenegro- Government of Montenegro Azerbaijan Eases Visa on Arrival for Iranians T. C Cumhurbaşkanlığı İletişim Başkanlığı Azerbaijan ready to share with Kyrgyzstan experience in providing public services- Kabar Kyrgyz National News Agency Government Services Forum- An attachment related to this will be added to the email — UN Baku forum focuses on ways of realizing Sustainable Development Goals- Xinhua News UN Under-Secretary-General visits "ASAN service"- The Organization of Asia Pacific News Agencies UCLG Africa signs two MOU respectively with the National Agency for Public Service and Social Innovations of the Republic of Azerbaijan (ASAN) and the Ghana Institute of Management and Public Administration (GIMPA)- UCLG Africa E-Government Protocol Signed Between Turkey and Azerbaijan- TIKA Ulvi Mehdiyev in Calameo journal Azerbaijan Service and Assessment Network CARÇINEWS Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi