Reha Oğuz Türkqan (d. 12 oktyabr 1920, İstanbul, - ö. 18 yanvar, 2010, İstanbul), türk hüquqşünas, tarixçi, yazıçı, türkoloq, psixoloq, ssenarist, gələcəkçi (futurist) və ordinaryus professor. Doğum tarixini daha sonra Türkçülük günü olaraq qeyd edilən 3 may olaraq dəyişdirmişdir. Həyatı 1920-ci ildə İstanbulda anadan olmuşdur. Atası Xalid Ziya bəy, Anası isə Saibə xanımdır. Dövrünə görə mükəmməl təhsil almışdır.
Təhsili Müqəddəs İosif Liseyi və Kabataş Liseyində təhsil almışdır. Qalatasaray Liseyinə keçdikdən sonra atası Xalid Ziya Türkqanın Qeydiyyat və Əmlak İdarəsi müdirliyinə təyin edilməsilə Ankarada Qazi Liseyinə keçmişdir.
Ankara Universiteti Hüquq fakültəsi məzunu olmuş, İstanbul Universitetində magistr təhsili almışdır. Sarbonna Universitetində tarix və türkologiya üzrə, Kolumbiya Universitetində psixologiya sahələri üzrə doktor kimi çalışmışdır. Fəaliyyəti thumb|Reha Oğuz Türkqanın nəçr etdirdiyi Ergenekon jurnalının Hər şeyin üstündə Türk ir.qi başlıqlı sayı. Qazi Liseyində təhsil alarkən gizli şəkildə türkçü Gürəm təşkilatını qurmuşdur.
Atatürkün ölümündən bir gün sonra Ergenekon jurnalını çıxarmışdır. Faşizm təhlükədir adlı yazısından sonra bu jurnal qapadıldıqdan sonra Kitab Sevənlər Klubunu qurmuşdur. Bu qurum Xalq evlərinə ilhaq edildikdən sonra Bozqurd jurnalını nəşr etdirməyə başlamışdır. Hüseyn Nihal Atsızın da yazılarının yayımlandığı bu jurnalda, Atsız başda olmaqla digər türkçülərlə mübahisə yaşanınca, bu jurnaldan ayrılaraq Gök Börü jurnalının nəşrinə başlamışdır.
"Suallarla proqramlı təhsil" metodunun 3 qurucusundan biri olaraq və ABŞ-dəki fəaliyyətinə görə "WHO'S WHO" ensiklopediyasında yer almışdır. ABŞ hökuməti tərəfindən 4 ştatın təhsil planlaması və Sunrise Universitetinin qurulmasında təhsil texnologiyası mütəxəsisi olaraq çalışmışdır.
124 məktəb (4-2 sürətli oxuma və kompüter əsasında) açmışdır.
Türkiyədə Yay-Kur Açıq Öyrətim Universitetini yaratmışdır.
1976-cı ildə NASA-nın mütəxəsisi olaraq Hindistandakı peykli təhsil sistemini araşdırmışdır.
Türkiyədə Ekoloji təhsil düşərgələrinin qurucusudur.
ABŞ-də və Türkiyədə xeyli şirkətə və quruma rəhbərlik etmişdir.
İrqçilik-Turançılıq məhkəməsi İrqçilik-Turançılıq məhkəməsi çərçivəsində ittiham edilən türkçülüyün rəhbər şəxslərindən biri də Reha Oğuz Türkqan olmuşdur.Orhun, 27 aprel 1951, Sayı:30 65 iclasda davam edən məhkəmə nəticəsində 10 ilə qədər həbs cəzası almışdır.Orhun, 4 May 1951, Sayı:31 lakin Hərbi Yarqitayın bu qərarı pozması nəticəsində, 1945-ci ilin oktyabr ayının 26-da, təxminnə 1 il yarımlıq həbsdən sonra azad edilmişdir.Alpaslan Türkeş, 1944 Millətçilik hadisəsi, İstanbul, 1992, s.39
Bu proseslər zamanı türkçülərin keçirdiyi 3 may Ankara nümayişi sonradan Türkçülük günü kimi qeyd olunmağa başlamışdır. Reha Oğuz Türkqan da öz doğum gününü bu gün olaraq qeyd etdirmişdir.
İrqçilik-Turançılıq məhkəməsi dövründə yaşadığı hadisələr barədə Tabutluqdan Qürbətə adlı əsər yazmışdır.
Elmi fəaliyyəti Xeyli sayda məqalə və araşdırmaları yayımlanmışdır. Türkçülük sahəsində müxtəlif sosial fəaliyyətlərlə yanaşı yazıçılıq və naşirliklə də məşğul olmuşdur. 1997-ci ildə Orta Asiya və Qafqaz türkləri ilə əlaqəli olaraq Türk dünyası parkı və Türklər adları ilə ABŞ və Türkiyədə rəsim sərgiləri açmışdır.
1947-1972-ci illərdə Kolumbiya Universitetində, 1975-1976-cı illərdə İstanbul Universitetində və daha sonra da 1996-cı ildə Əhməd Yasəvi Universitetində çalışmışdır.
Əsərləri İngiliscə, fransızca və türkcə olaraq yayımlanmış 41 kitab, 9 film və 6 televiziya ssenarisi müəllifidir. Kitabları 4 ictimai məsələ, İstanbul, 1939 Türkçülüyə giriş, İstanbul, 1940 İrq mühitə tabe midir ?, İstanbul, 1940 (Race et Milieu), Paris (və ingiliscə jurnallarda), 1942 Les Summeriens et les Rites Funéraires, Paris, 1942 Les Armes Serétes, Paris-La République, Paris, 1943 Millətçiliyə doğru, İstanbul, 1943 Solçular və qırmızılar, İstanbul, 1943 Qızıl fəaliyyət, İstanbul, 1944 Tabutluqdan qürbətə, İstanbul, 1950-1974-1985 Proqressiv Türkçülük və partiyalar, İstanbul, 1947 Correlation in Twin Psychology, Nyu-York, 1951 One America, Nyu-York, 1951 Talking Turkey, Nyu-York, 1955 Turkish Literature, Nyu-York, 1956 Türks in Retrospect, Nyu-York, 1956 Conditioned Learning, Nyu-York, 1964 Revolution in Education (Programmed Instruction & Multi-Media), Nyu-York, 1967 Progr. Instruction Based Courses (Atoms & Electrons, French I, How to Recognize Names & Faces), Çikaqo Turkish National Character, Nyu-York, 1971 Kütlə halında işlənən cinayətlərdə cəza məsuliyyəti və kütlə psixologiyası, İstanbul, 1974 Pre-Columbian Americans & Turks-Cultura Turcica, 1975 Türkün xaricdə qalan mirası, (Avropa bölümü: film-çəkim Balkanlar) Psixologiya, Ankara, 1976 Razı salma psixologiyası, Ankara, 1976 Təhsil texnologiyaları, Ankara, 1976 Yenilənmiş türk dastanları və hekayələr - "6 kiçik kitab və musiqi kaseti", 1977 Biz kimik ?, İstanbul, 1987 Liviya-Türkiyə əl-ələ, İstanbul, 1975 Biz kimik ? (II hissə), 1987 XXI əsrdə dünya və Türkiyə, İstanbul, 1988 Çox sürətli oxuma, İstanbul, 1989 Siyasi qarışıqlıqdan gün işiğına, İstanbul, 1992 Yüksələn millətçilik/XXI əsr türk millətçiliyi, İstanbul, 1995 Türk millətçiliyinin qısa tarixi, İstanbul, 1992 Yüksələn millətçilik, İstanbul, 1995 Asan və yaxşı öyrənmə üsulları, İstanbul, 1996 Razı salma və uyğunlaşma sənəti, İstanbul, 1998 Anlayaraq çox sürətli oxuma, İstanbul, 1998 Qırmızıdərililər və türklər, İstanbul, 1999 Tunc işiğında eşq, İstanbul, 2005 Uyuyan nəhəng türk dünyası Çingiz xanın kimlik şifrəsi, 2007 Güclü yaddaş texnikası, 2007 Axtaran adam, İstanbul, 2009-2011 Atlantidalılar, Şumerlər, Etrusklar türk mü ?, İstanbul, 2012
Jurnallar Milli Kültür Jurnalı (seria), 1975 Qırmızı dərililər və türklər, (seria yazı, Hürriyer), 1996
Videolar Tariximizin axışı, Ankara, 1979
Filmlər To be born again (narkotik asılılığı barədə), 1970 Rions Ensemble (türk yumoru barədə), 1973 First steps of the Moon (Aya ilk enişin canlı yayımdan çəkilişi və şərhi) Türk uşaqları üçün (xaricdə yaşayan türk uşaqlar üçün mədəni vasitə), 1974 Elə bir darixmaq ki... (rejissor Reha Oğuz Türkqan və Yücəl Çaxmaqlı, ssenari Reha Oğuz Türkqan), 1977 Stranger in paradise (turistik sənədli film), 1977 Türkün xaricdə qalan mirası, 1976 Seçimimizin axışı, 1985 Too early for death, (ssenari), 1954 İçdiyimiz çay, (ssenari), 1976 Qızıl yumurta, (ssenari), 1976Kolay ve İyi Öğrenme Teknikleri, Alfa Yayınevi, İstanbul, 1996, s. 333-336
Qohumluq əlaqələri Atası Xalid Ziya Türkqan Türkiyə Qeydiyyat və Əmlak İdarəsi müdiri olaraq çalışmışdır. Anası Saibə xanımdır. Birinci Dünya müharibəsi dövründə olan məşhur Mədinə müdafiəsi qəhrəmanı Ömər Fəxrəddin Türkqan paşanın qardaşı oğludur. Özü Ece Zübydə xanımla evlənmişdir. Bu evlilikdən Əslixan, Ceylan, Toğrul və Alptunqa adında 4 övladı olmuşdur.
Həmçinin bax Türkçülük Millətçilik İrqçilik-Turançılıq məhkəməsi Nihal Atsız İstinadlar
Kateqoriya:Milliyyətçilik Kateqoriya:Türkçülər Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:XX əsr Türkiyə tarixçiləri Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Türkiyə ordinar professorları