«Kumertau Aviasiya İstehsalat Müəssisəsi» — Başqırdıstan Respublikası, Kumertau şəhərində yerləşən sovet/rus aviasiya inşası müəssisəsi. Zavodda Ka-226 tipli, həmçinin Ka-27, Ka-31 və Ka-32A11BC helokopterləri hazırlanır və təmir edilir. Müəssisə «Rusiya Helokopterləri» holdinqinə daxildir.

Tarixi thumb|250px|Ka-26 helikopteri, marka üzərində 1962-ci ildə təmir-mexanika zavodunun bazasında aviasiya zavodu fəaliyyətə başlayır. Zavodda 1968-cü ildə ilk dəfə Ka-26 tip helikopterlər istehsal edilməyə başlanılır. 1972-ci ildə müəssisə Kumertau helikopter zavodu adını alır. 1977-ci ildən Kumertau Aviasiya İstehsalat Birliyinin əsas müəssisəsi olur. 2008-ci ildə Kumertau Aviasiya İstehsalat Birliyi «Kumertau Aviasiya İstehsalat Müəsissəsi» ATSC adı altında Rusiya Helikopterləri Holdinqinə daxil edilir.

1973—1989-cu illər Pilotsuz uçuş aparatlar. 1974—1978-ci illər M-17 təyyarələri «Geofizika». 1974—1980-ci illər Tu-154 təyyarəsinin qanadları istehsal olunurdu. 1982—1985-ci illər zavod Buran kosmik gəmisinin hazırlanmasında iştirak etymişdir. 1992 — Kumertau Aviasiya İstehsalat Birliyinin təşkili. 1994 — zavodda bir nəqliyyat təyyarəsi olan İl-112 istehsalının təşkili planlaşdırıldı lakin bu heç vaxt baş verməmişdir. 2006 — zavodda 1286 mln rubl dəyərində olan məhsul istehsal edilmişdir. 2008 — Kumertau Aviasiya İstehsalat Müəssisəsi adlanması və 2301 mln rubl dəyərində məhsulun istehsalı (15 helikopter). 2012-2013 — "Rusiya helikopterləri" holdinqi 12 milyard rubldan çox qiymətləndirilən xarici borcun çoxunu bağlaya bilir 2015 — müəssisə yeni sifarişlər alır.

İstehsalat thumb|right|250px|Ka-226 Hazırda Kumertau Aviasiya İstehsalat Müəssisəsi aşağıdakı məhsulları buraxır: Ka-27PS (araşa-xilasetmə); Ka-28, Ka-29 (hərbi nəqliyyat); Ka-31 (radiolakasiyalı); Ka-32А11ВС (çox məqsədli); Ka-226 (yüngül çox məqsədli) mülki və hərbi məqsədlər üçün 2015-ci ildən yeni model istehsal edilir - Ka-226T Arrius 2G mühərrikli helikopter. Mühərrik fransız Turbomeca (Safran) şirkətinə məxsusdur.

İstinadlar

Mənbə Müəssisənin rəsmi saytı ФГУП «КумАПП» , ИА «Башинформ» ФГУП «КумАПП»

Kateqoriya:Başqırdıstan müəssisələri