{| class="infobox" style="width: 25em; text-align: left; font-size: 90%; vertical-align: middle;" |+ <span style="font-size: 9pt">Məni öz adınla çağır filminin qazandığı mükafatların siyahısı</span> | colspan="3" style="text-align:center;" | center|285px Viktuar Du Boys, Armi Hammer, Timoti Şalame, Ester Qarrel, Amira Kazar və Luka Quadanino Məni öz adınla çağır filminin 2017-ci ildə 67-ci Berlin Beynəlxalq Film Festivalı çərçivəsinə nümayişi zamanı. |- | colspan=3 | Mükafatlar Mükafat Qalib NominantAACTA AwardsAARP Yeniyetmə filmləri mükafatıOskar mükafatıAdelaida Film FestivalıAfro-Amerikan Film Tənqidçiləri AssosasiyasıQadın Film Jurnalistləri AlyansıAmerika Film İnstitutuOstin Film Tənqidçiləri AssosasiyasıAvstraliya Film Tənqidçiləri AsossasiyasıBerlin Beynəlxalq Film FestivalıBoston Film Tənqidçiləri Cəmiyyəti Britaniya Kino və Televiziya Sənətləri AkademiyasıBritaniya Film İnstitutuKalqari Beynəlxalq Film FestivalıChéries-ChérisÇikaqo Film Tənqidçiləri AssosasiyasıSülh üçün Kino MükafatıTənqidçilərin Seçimi MükafatıDallas–Fort Uort Film Tənqidçiləri Assosasiyası Detroit Film Tənqidçiləri CəmiyyətiDorian mükafatıDublin Film Tənqidçiləri Dairəsiİmperiya mükafatı Florida Film Tənqidçiləri Dairəsi Corciya Film Tənqidçiləri Assoasiyası Gent Beynəlxalq Film FestivalıGLAAD Media MükafatıQızıl Derbi mükafatıQızıl qlobus mükafatıQızıl Pomidor mükafatıQotem mükafatıMusiqi Supervayzerləri Gildiyası MükafatıHollivud Film mükafatıHyuston Film Tənqidçiləri Cəmiyyətiİrlandiya Film və Televiziya MükafatıMüstəqil Ruh mükafatıIndieWire Tənqidçiləri səsverməsiMişkolts Beynəlxalq Film FestivalıLyublyana Beynəlxalq Film FestivalıLissabon və Estoril Film FestivalıLos-Anceles Film Tənqidçiləri AssosasiyasıLondonMelbörn Beynəlxalq Film FestivalıMTV Film MükafatıMilli Rəy ŞurasıMilli Film Tənqidçiləri CəmiyyətiNyu-York Film Tənqidçiləri DairəsiNyu-York Onlayn Film TənqidçiləriOnlayn Film Tənqidçiləri CəmiyyətiPalm-Sprinqs Beynəlxalq Film FestivalıAmerika Prodüsserlər GildiyasıSan-Diyeqo Film Tənqidçiləri CəmiyyətiSan-Fransisko Film Tənqidçiləri DairəsiSan-Sebastyan Beynəlxalq Film FestivalıSanta Barbara Beynəlxalq Film FestivalıPeyk mükafatıSietl Film Tənqidçiləri CəmiyyətiEkran Aktyorları Gildiyasının mükafatıSinqapur Beynəlxalq Film FestivalıSent-Luis Film Tənqidçiləri AssoasiyasıSent-Luis Beynəlxalq Film FestivalıSidney Film FestivalıToronto Film Tənqidçiləri AssosasiyasıToronto Beynəlxalq Film FestivalıUSC Scripter AwardVankuver Film Tənqidçiləri DairəsiVaşinqton Film Tənqidçiləri AssosasiyasıQadın Film Tənqidçiləri DairəsiAmerika Yazıçılar Gildiyasının mükafatı |- style="background:#d9e8ff;" | style="text-align:center;" colspan="3"| Ümumi mükafat və nominasiya sayı
|- style="background:#d9e8ff;" | colspan="3" style="font-size: smaller; text-align:center;" | İstinadlar |}“Məni öz adınla çağır” – 2017-ci ildə Luka Quadaninonun rejissorluğu ilə çəkilmiş yeniyetmə dövrü drama filmi. Filmin ssenarisini Ceyms İvori Andre Asimanın 2007-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazmışdır. Hadisələrin 1983-cü ildə İtaliyada baş verdiyi filmdə, yəhudi mənşəli amerikan-italyan yeniyetmə oğlan Elio (Timoti Şalame) və yəhudi mənşəli amerikan tədqiqatçı Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys filmdə ikinci plan rolları ifa etmişlər. Saypmbhu Mukdiprom operator, Sufyan Stivens isə bəstəkar kimi filmin istehsalında iştirak etmişlər.
Filmin premyerası 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 29 yanvar 2018-ci ildə geniş çıxışından əvvəl, “Sony Pictures Classics” 24 noyabr 2017-ci ildə filmə limitli çıxış vermişdir. $3.5 milyon büdcəsi olan film hər teatrdan $101,219 olmaqla, ilin ən böyük açılışı, beynəlxalq gəliri isə $40 milyon olmuşdur. “Məni öz adınla çağır” filmi rejissor, operator işi, ssenarisi, film musiqisi və aktyorların ifasında görə tənqidçilər tərəfindən alqışla qarşılanmışdır. Rəy aqqreqatoru Rotten Tomatoesda toplanmış 272 rəyin 96%-I müsbət xarakterlidir. Metacritic isə 51 rəy əsasında filmi 93/100 balla və “ümumi alqış”la qiymətləndirmişdir. “Məni öz adınla çağır” Metacriticin 2017-ci ildə ən yaxşı qiymətləndirilmiş beş filmindən biri olmuşdur."Məni öz adınla çağır” Milli Rəy Soveti və Amerika Film İnstitutu tərəfindən ilin 10 ən yaxşı filmindən biri seçilmişdir. 90-cı Oskar mükafatlarının təqdim edilməsi mərasimində film, Ən yaxşı film, Ən yaxşı aktyor (Şalame), Ən yaxşı orijinal mahnı (“Mystery of Love”'') və Ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyalarında mükafata namizəd göstərilmiş və sonuncu nominasiyada qalib gəlmişdir. 1939-cu ildən sonra, Şalame Oskara namizəd göstərilmiş ən gənc aktyor, İvori isə ən yaşlı mükafat laureatı olmuşdur. 71-ci BAFTA mükafatlarının təqdim edilməsi mərasimində Ən yaxşı film və Ən yaxşı rejissor işi nominasiyaları da daxil olmaqla mükafata namizəd göstərilmiş, Ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyasında qalib gəlmişdir. 75-ci Qızıl Qlobus mükafatlarının tədim edilməsi mərasimində film Ən yaxşı bədii film aktyoru – Dram (Şalame üçün) və Ən yaxşı ikinci plan bədii film aktyoru – Dram (Hammer üçün) nominasiyasında mükafata namizəd göstərilmişdir. 23-cü Tənqidçilərin seçimi mükafatlarının təqdim edilməsi mərasimində səkkiz nominasiyadan Ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyasında İvori mükafat qalibi olmuşdur.
33-cü Müstəqil ruh mükafatlarının təqdim edilmə mərasimində altı nominasiya ilə liderlik edən film, Ən yaxşı aktyor (Şalame üçün) və Ən yaxşı operator işi (Mukdiprom üçün) nominasiyalarında qalib gəlmişdir. 23-cü Ekran aktyorları gildiyasının mükafatlarının təqdim edilməsi mərasimində Şalame, Baş rol aktyorunun əlamətdar performansı nominasiyasında mükafata namizəd göstərilmişdir. Şalame, Əlamətdar çıxış nominasiyasında Milli Rəy Soveti, Qotem Beynəlxalq Film mükafatı və Hollivud Film mükafatına layiq görülmüşdür.
Mükafatlar