Əli Azərtəkin (; ) — mühacir publisist.

Həyatı Əli Azərtəkin 1905-ci ildə Bakıda İskəndər Tağızadənin ailəsində anadan olub. Anası şair Səməd Mənsur Kazımzadənin yaxın qohumlarından olub. Əli Azərtəkin ali təhsilini Pedaqoji İnstitutda alıb.

Fəaliyyəti Əli Azərtəkin məzun olduqdan sonra Gəncədə müəllim işləyib. O, Müsavat Partiyasının Gəncədəki gizli təşkilatına üzv olub. Əli Azərtəkin Müsavat Partiyasının ideoloji işlərində, həmçinin partiyanın 1936-cı ildə Varşavada təşkil edilən konfransında yaxından iştirak edib.

Mühacirətdə olduğu illər left|thumb|Azərbaycan siyasi mühacirləri, 1930-cu illər. Ayaq üstə (soldan sağa): Mirzə Bala Məmmədzadə, Kərim Odər, Əli Azərtəkin, Hilal Münşi. Oturanlar: Abbasqulu Kazımzadə, Məhəmməd Əmin Rəsulzadə, Xosrov Sultanzadə Əli Azərtəkin 1928-ci ildə Müsavat Partiyası təşkilatının üzvləri təqib olunduğu üçün İrana mühacirət edib. Təbrizdə mühacirətdə olduğu vaxt o, Tehranda mühacirətdə olan Məhəmmədəmin Rəsulzadənin əmisi oğlu əlaqə saxlayıb və onun təşəbbüsü ilə münasibət yaratdığı Türkiyənin Azərbaycandakı ilk səfiri olmuş Məmduh Şövkət Esendalın maddi və mənəvi dəstəyi ilə İstanbula gedib. thumb|Əli Azərtəkin (sağdan 1-ci) Marşal Pilsudskinin məzarına əklil qoyan Qafqaz nümayəndələri arasında, Krakov, 1936 Əli Azərtəkin İstanbulda olarkən təhsilini davam etdirib. O, İstanbulda filologiya fakültəsini bitirib. 1933-cü ildə Mirzəbala Məhəmmədzadənin tövsiyəsi ilə Məhəmməd Əmin Rəsulzadə tərəfindən Varşavaya dəvət edilib və onun yanında katiblik edib. 1939-cu ildə müharibə başlayanda Əli Azərtəkin Tehrana qayıdıb. 1941-ci ildə isə Tehranın rusların qırmızı ordusu tərəfindən ələ keçirilməsi təhlükəsinə görə o, Tehranda tanış olduğu Kurtulan ailəsi ilə birlikdə İsfahana gedib.

Azərtəkin rusların təqiblərindən yaxa qurtarmaq üçün ingilis hərbçiləri tərəfindən Kurtulan ailəsi ilə birlikdə Qahirəyə yola düşüb. Nəhayət, 1943-cü ildə təkrar İrana qayıdıb, lakin bu dəfə Sovetlərə yaxın olan Suheyli hökuməti tərəfindən həbs edilib və müharibə qurtarana kimi Kurtulan ailəsi ilə birlikdə həbsxanada qalıb. Əli Azərtəkin və Kurtulan ailəsi İranda Suheyli hökumətini əvəz edən, İranın Bakıdakı keçmiş baş konsulu, Azərbaycana yaxınlığı ilə tanınan Məhəmmədsəid kabinetinin müdaxiləsi ilə həbsdən azad edilib.

Müxbir kimi fəaliyyəti Əli Azərtəkin "İstiqlal" qəzetində, "Kurtuluş" dərgisində "A T" imzası ilə məqalələr yazıb. Türkiyəyə son dəfə gəldikdən sonra isə "Azərbaycan" dərgisinə məqalələr hazırlayıb. O, mühacirətdə həm də tərcüməçiliklə məşğul olub. Azərtəkin Münhendə çıxan, Amerikanın Sovet İttifaqını Öyrənmə İnstitutunun çap etdiyi "Dərgi" adlı jurnal üçün rusca materialları türk dilinə çevirib. O, rus dili ilə yanaşı, polyak və fars dillərini də bilib.

Əli bəy "Azərbaycan" juranlının 1956-cı ildə çap olunan 48-ci sayında yayımlanmış "Azəri türkünü üst insan" adlı yazısında Məhəmməd Əmin Rəsulzadə haqqında belə qeyd edib:

Həmçinin Mircəfər Bağırovun öldürülməsindən sonra "Azərbaycan" juranlının 1956-cı ildə çap olunan 50–51-ci sayında yazdığı "Bir edamdan alınacaq dərs" adlı məqaləsində Azərtəkin ruslara qulluq edən həmyerlilərinə səslənib:

"Müsavat bülleteni"nin 1937-ci ildə çap olunmuş 3-cü sayında isə Əli Azərtəkin "Bizə görə Milli Birlik" adlı məqaləsində qeyd edib:

Ölümü thumb|Əli Azərtəkinin məzarı thumb|Əli Azərtəkinin vəfatı ilə bağlı göndərilən teleqraflar Əli Azərtəkin 20 oktyabr 1967-ci il axşam saat 20-də Heydərpaşa Nümunə Xəstəxanasında mədə qanamasından vəfat edib. O, 21 oktyabrda Kadıköy Osmanağa məscidində cənazə namazı qılındıqdan sonra Karacaahmet məzarlığında, Mirzəbala Məhəmmədzadənin məzarının yaxınlığında dəfn edilib. Nəşinə Azərbaycandan gətirilən torpaq və su səpilib. Əli Azərtəkin dəfnində Krım, Türkistan, İdil-Ural və Şimali Qafqazlı mühacirlər iştirak ediblər.

Haqqında yazılanlar Əli Azərtəkin haqqında "Azərbaycan" jurnalının 1967-ci ildə çap olunan 184–186-cı saylarında belə bir məlumat yayımlanıb:

Həmçinin onun haqqında Kurtulan ailəsinin son tanınmış üzvlərindən olan İldəniz Kurtulanın "Everest" yayınlarında nəşr edilmiş "Amcam Hamlet" kitabında məlumat verib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər "Bağırovun edamından nümunə götürün" – Bir mühacirin məzarı önündə Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Bakı şəxsləri Kateqoriya:Azərbaycan publisistləri