NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər ictimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir.
Tarixi 17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi.
13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır.
15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir.
11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
1981-ci ildə avtobus istehsalına başlanılır. İl ərzində istehsal güçü 3000 ədəd olur.
19 may 1982-ci ildə 100 mininci «KAMAZ-5511» avtomobili istehsal edilir.
1993-cü ildə zavod «Neftekamsk avtozavod» ATSC çevrilir.
2000-cu ilin avqustunda a sinfi, iri tutumlu avtobusların layihəsi hazırlanır.
6 dekabr 2000-cu ildə isə ilk şəhər tipli «NefAZ-5299» avtobuslarının istehgsalına başlanılır.
2006-cı ilin ortalarında zavodla hollad-belçika konseni maraqlanır. Onlar müştərək yeni sərnişin avtobusunun istehsalına başlayırlar.
2012-ci ilin sonlarında KAMAZ və Braziliyanın Marcopolo S.A. şirkəti ilə birlikdə Bravis avtobuslarının istehsalına başlamışlar. Avtobus KAMAZ şassiləri üzərinə yığılmışdır və 25 yerlikdirСП КАМАЗа и бразильской Marcopolo начало производство автобусов Bravis в Башкирии // ria.ru, 20.12.2012.
28 avqust 2012-ci ildə elektrikli avtobuslar olan NefAZ-52992 sertifikatı alınır.
2016-cı ildə «NEFAZ» ATSC «NEFAZ» İctimai Səhmdar Cəmiyyətinə çevrilmişdir.
Müəssisənin strukturu Nefaz üç əsas korpusdan ibarətdir: yük maşınları bölməsi, avtomobillər və sisternlər, avtobus istehsalçıları və köməkçi sexlər.
Əsas səhmdralar «Kamaz» İctimai Səhmdar Cəmiyyəti — 50,02 % səhm Başqırdıstan Respublikası — 28,5 % səhm
Məhsullar thumb|280px|NefAZ-6282 thumb|280px|NefAZ-4514
Müəssisədə istehsal olunur: Özüboşaldan yük avtomobilləri, Avtobuslar, Avtosisternlər, qoşqular və yarımqoşqular, Tentli qoşqu və yarımqoşqular, Sərnişin avtobuslar, Kənd təsərrüfatı maşınları, Digər texnikalar.
NEFAZ Rusiya bazarında avtobus satışı üzrə 30 % paya malikdir. 2005-ci ildə NEFAZ 1156 avtobus satmışdır.
DAF və VDL ilə birlikdə 15 metrlik şəhər avtobusları istehsal olunmuşdur. Ancaq onlar davamlı istehsal gercəkləşdirilməmişdir. 2012-ci ildə məshul satışından 10 mld rus rublu əldə edilmişdir. İstehsal olunmuşdur: Özüboşaldan yük avtomobilləri — 11 783 əd. Dəyişkən avtomobillər — 880 əd. Sərnişin avtobusları — 740 əd. Üzən texnikalar — 1 351 əd. Yük qoşqu texnikaları — 3 837 əd. Ehtiyat hissələri — 468 mln rubl dəyərində.
Qalereya
Həmçinin bax
Kamaz Başqırdıstan Trolleybus Zavodu İstinadlar
Mənbə Экскурсия по Нефтекамскому автозаводу"
Kateqoriya:Başqırdıstan müəssisələri Kateqoriya:Rusiya brendləri