Dietanolamin(HOCH2CH2)2NH – üzvi maddədir, aminospirtlər sinfinə aiddir,su ilə bütün nisbətlərdə həll olur, güclü əsası xassə göstərir.
Alınması Dietanolamini ammonyaka etilenxlorqidrinin (2-xloretanol) təsiri ilə alırlar:
2HOCH2CH2Cl + NH3 → (HOCH2CH2)2NH +HCl
Dietanolaminin sənayedə alınması ammonyakın etilenoksidinə birləşməsi reaksiyası üzrə aparılır:
2(CH2)2O +NH3 → (HOCH2CH2)2NH
Bu zaman dietanolaminlə yanaşı etanolamin və trietanolamin də alınır: C2H4O + NH3 → H2NCH2CH2OH C2H4O + HN(CH2CH2OH)2 → N(CH2CH2OH)3
Tətbiqi Dietanolamin texnikada emulqator və səthiaktiv maddə kimi, həmçinin qazların təmizlənməsi zamanı müxtəlif proseslərdə, o cümlədən quru buzun istehsalı zamanı səmt qazlarından karbon qazını ayırmaq üçün, eyni zamanda iminlərin istehsalında oduncaqların emalı prossesində istifadə olunur. O, dərman preparatı Taurinin istehsalında ilkin maddə kimi istifadə olunur. Dietanolamin selikli qişanın zədələnməsinə səbəb olur, ürək-damar sistemləri, böyrək, mədə-bağırsaq traktları üçün zəhərlidir.
Dietanolamin morfolinin sintezində xammal kimi istifadə olunur:
Həmçinin bax Etanolamin Trietanolamin
Mənbə
ХИМИЧЕСКАЯ ЭНЦИКЛОПЕДИЯ: ЭТАНОЛАМИНЫ
Kateqoriya:İkili aminlər