Peruşiç () — Mərkəzi Xorvatiyada şəhər. Peruşiç Liçko-Senski jupaniyasına aiddir və eyni adlı icmanın mərkəzidir. 2011-ci ilin siyahıya alınmasına görə şəhər əhalisinin sayı 852 nəfərdir

Coğrafiyası Peruşiç şəhəri tarixi Lika əyalətinin cənub-şərqində, 575–600 metr dəniz səviyyəsindən hündürlükdə yerləşir. Şəhər Lika çayının vadisindədir. Qərbdən kiçik təpəliklə əhatə olunur.

Peruşiç dövlət əhəmiyyətli avtomobil yolları ilə Otoçasa və Qospiça şəhərləri ilə əlaqələnir. Bundan başqa əsas MP11 dəmir yolu ilə Zaqreb və Split şəhərləri ilə birləşir.

Tarixi Ərazi qədim zamanlardan yaşayış məskəni olmuşdur. Otoçasuya gedən yolda daş dövrünə aid edilən artefaktlar tapılıb. Bəzi tapıntılar tunc dövrü və VIII–IX əsrlərə aiddir. Beqovaça meşəsində Roma imperiyasına aid monolit yerləşir.

Peruşiç böyük yaşayış məntəqəsinə XVI əsrdə, Osmanlı İmperiyası zamanında çevrildi. Osmanlı əsarətindən sonra Peruşiç Avstriya imperiyasınınMap in the Corinphila-Auktionen 2003, sonra isə Avstriya-macarıstan müqaviləsinə əsasən 1867-ci ildən 1918-ci ilə kimi Xorvatiya-Slavoni krallığına daxil edildi.Die Poststempel auf der Freimarken-Ausgabe 1867 von Österreich und Ungarn, Edwin Mueller, 1930

Xorvatiya müharibəsi (1991–1995) zamanı Peruşiç cəbhə zonasına daxil idi. Cəbhədə sabitlik olduqdan sonra belə Peruşiçdə hərbi toqquşmalar qeydə alınmışdır.

Mədəniyyəti Tarixi mənbələrə əsasən demək olar ki, Peruşiç xorvat kitab çapının beşiyidir. Yaxınlıqda ki, Kosin kəndində çap maşının ixtira edildikdən sonra Peruşiçdə ən qədim çap kitabı çap edilmiş. Bu kitab Xorvatiya və Avropanın ən qədim çap kitablarından biri hesab olunur (хорв: Misal po zakonu rimskoga dvora). Kitab çoxlu illüstrasiyalarla zəngindir. Kitab 1483-cü ildə çap edilmişdir.

İqtisadiyyatı Peruşiç icması — Xorvatiyanın ən kasıb bölgəsi hesab olunur. Şəhər əhalisi daima azalır. Əhalinin əsas məşğuliyyəti -əkinçilik və digər kənd təsərrüfatı sahələridir.

İstinadlar

Kateqoriya:Xorvatiya şəhərləri Kateqoriya:Xorvatiya icmaları