Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu; ) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi.

Həyatı Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalında – Gürcüstanın ovaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub.

Təhsili 1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub.

Peşə fəaliyyəti 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib.

Fərman Gülməmmədov 1991–1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.

Mükafatları və əsərləri Fərman Gülməmmədov məhsuldar elmi tədqiqat və praktiki tibbi fəaliyyətinə görə SSRİ Tibb əlaçısı və Ukraynanın Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür. Onun rəhbərliyi altında 1 doktorluq və 6 namizədlik dissertasiyası müdafiə edilib. Professor Gülməmmədovun elmi və pedoqoji fəaliyyətinin nəticələri 300-dən çox elmi əsərdə, o cümlədən 2 fundamental monoqrafiyada öz əksini tapıb. Tanınmış alim 50-dən artıq beynəlxalq, ittifaq və respublika səviyyəli elmi konqres, müşavirə və konfranslarda çıxış edib, onlarla elmi məqalənin müəllifidir.

Həmçinin bax Gürcüstan azərbaycanlıları

İstinadlar

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Ukrayna alimləri Kateqoriya:Ukrayna həkimləri Kateqoriya:Borçalıda doğulanlar