Vilkovo (Ukraynca: Вилкове; Rusca: Вилково; Rumınca: Vâlcov) əksəriyyəti lipovanların yaşadığı, Ukrayna-Rumıniya sərhədinin Ukrayna tərəfində qalan, Dunay çayının sahilində yerləşən bir şəhər. Ukraynanın Venesiyası olaraq tanınır. Bunun səbəbi saysız-hesabsız kanalların yerləşməsidir.
Coğrafiyası Şəhər Dunay çayının deltasında yerləşir.
Tarixi Şəhər 1746-cı ildə qurulmuşdur.
Əhalisi 2015-ci ilin statistikasına görə şəhərin 8,365 nəfər əhalisi var. Şəhərin 70%-ni lipovan, 25%-ni ukraynalılar, digər 5%-ni isə moldovalılar, rumınlar, gagauzlar və bolqarlar təşkil edir.
Din Əhalinin çoxunu lipovanlılar təşkil etdiyindən qədim dinlərə sitayiş edənlər çoxluq təşkil edir. Vılkovoda 3 kilsə var. Bunlardan biri lipovanlıların, 2-si isə xristian ukraynalılarındır.
İstinadlar Kateqoriya:Ukrayna şəhərləri Kateqoriya:Qara dənizin liman şəhərləri Kateqoriya:Dunay çayı ətrafında yaşayış məntəqələri