Mehdi Bağırov Abbas oğlu () — həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi və Azərbaycan SSR əməkdar həkimi olmuşdur.

Tibbi fəaliyyəti 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə profilaktika fakültəsini bitirmiş; 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Kiyev hərbi dairəsində xidmət etmiş, Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış; 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Naxçıvanda cərrah işləmiş, muxtar respublikada cərrahiyyənin bünövrəsini qoymuşdur. Moskvada həkimləri Təkmilləşdirmə İnstitunun urologiya kafedrasında elmi axtarışlar apararaq, Naxçıvan MSSR-də böyrək daşı xəstəlikləri və onların müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş; 1946–1966-cı illərdə, eyni zamanda, Naxçıvan Tibb Məktəbində cərrahiyyədən dərs demiş; 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləmiş; 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Mükafatları Mehdi Bağırov 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək, müxtəlif orden və medallarla təltif edilmişdir. "Lenin" ordeni, "Qırmızı ulduz", "Xalqlar dostluğu" və s. ordenlərlə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər Tanınmış cərrah Mehdi Bağırovun 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans Bir kəndin məşhurları

Haqqında Kitablar "Görkəmli cərrah, sadə insan", Həsən Hüseynov

Kateqoriya:Əməkdar həkimlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ xalq həkimləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:XX əsr həkimləri