Hörümçək-qadın () və ya daha çox tanınan adı ilə Hörümçək-Qven () – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır.

Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür. Qven Steysinin Hörümçək-adamı Piter Parkerin bir çox xüsusiyyətini özündə əks etdirir və onun güc və bacarıqlarını bölüşür.

Hörümçək-qadın tənqidçilərin müsbət rəylərini almışdır. Personajın dizaynı alqışlanmış, kospley və feminist perspektiv üçün populyar seçim hesab edilmişdir. Reklam etmək məqsədilə personajın başqa versiyaları da yaradılmışdır. Hörümçək-qadın bir neçə animasiya serialında və videooyunda peyda olmuşdur. Heyli Steynfild 2018-ci ildə buraxılmış "Hörümçək-adam: Hörümçək-kainata doğru" animasiya filmində Hörümçək-qadını səsləndirmişdir.

= Digər mediada Film Hörümçək-Qven "Kabus-hörümçək" adı ilə "Marvelin yüksəlişi: Gizli döyüşçülər" animasiya filmində Douv Kameron tərəfindən səsləndirilmişdir. Hörümçək-Qven "Hörümçək-adam: Hörümçək-kainata doğru" animasiya filmində və davam filmlərində Heyli Steynfild tərəfindən səsləndirilmişdir.

Videooyun Hörümçək-Qven "Spider-Man Unlimited" oyununda açıla bilən personajdır və Lora Beyli tərəfindən səsləndirilmişdir. Hörümçək-Qven "Marvel: Contest of Champions" oyununda açıla bilən personajdır. Hörümçək-Qven "Marvel: Avengers Alliance" oyununda açıla bilən personajdır. Hörümçək-Qven "Marvel Heroes" oyununda açıla bilən personajdır və Eşli Conson tərəfindən səsləndirilmişdir. Hörümçək-Qven "Marvel: Future Fight" oyununda açıla bilən personajdır. Hörümçək-Qven "Marvel Puzzle Quest" oyununda açıla bilən personajdır. Hörümçək-Qven "Marvel Avengers Academy" oyununda açıla bilən personajdır və Katerina Lusiani tərəfindən səsləndirilmişdir. Hörümçək-Qven "Lego Marvel Super Heroes 2" oyununda oynanıla bilən personajdır.

İstinadlar

Xarici keçidlər Hörümçək-qadın (Qven Steysi) Marvel Vikisində.

Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:Uydurma balerinalar Kateqoriya:Paralel kainatlardan olan uydurma varlıqlar Kateqoriya:2014-cü ildə tanıdılan komiks personajları Kateqoriya:Tez sağala bilən Marvel Comics personajları Kateqoriya:Qeyri-insani sürətlə hərəkət edə bilən Marvel Comics personajları Kateqoriya:Marvel Comics qadın superqəhrəmanları Kateqoriya:Marvel Comics mutatları Kateqoriya:Marvel Comics əlbəyaxa döyüşçüləri Kateqoriya:Nyu-Yorkdan olan uydurma personajlar