Maddalena Ventura əri və oğlu ilə () və ya Saqqallı qadın () — Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində (196 × 127) portret janrında çəkilmiş rəsm əsəridir. Əsər Madriddəki Prado muzeyinin kolleksiyasında saxlanılır. Təsvir edilən obyektin qeyri-adiliyinə görə portret XVII əsr Avropa rəssamlığının ən nadir nümunələrindən biri hesab edilir.Mancini, cit., p. 110.
Təsviri Rəsmdə üzü sıx saqqalla örtülmüş və döşündən körpəsini əmizdirən qadın təsvir edilmişdir. Sol tərəfdə zəif işıq altında onun həyat yoldaşı təsvir edilmişdir. Sənədli iş xarakteri daşıyan bu əsərdə saqqal və kişi üz cizgilərinə malik qeyri-adi qadının mümkün qədər realistik təsviri yaradılmışdır. Buna görə də əsas qəhrəman ailəsi, o cümlədən həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə birlikdə təsvir edilmişdir.Alcuni autori considerano il bambino l'ultimo nato della coppia. Secondo altre fonti è difficile che il bambino sia figlio di Maddalena dal momento che al momento del ritratto la donna aveva 52 anni. Rəsmdə uşağı əmizdirən böyük döş və qadın geyimi yeganə qadınlıq göstəriciləridir.
Qaranlıq otaqda tam boy ölçüsündə təsvir edilmiş fiqurlar birbaşa izləyiciyə baxırlar. Karravacco stilində işıq-kölgə effektlərinə üstünlük verildiyi əsərdə işıq yanız xüsusi detalları işıqlandırmaq üçün istifadə edilmişdir. Müəllif cütlüyü çox realistik üslubda təsvir etməklə, eyni zamanda onlara hörmətini də ifadə edir. Xanımın dərisində zaman əlamətləri və qırışlar dəqiqliklə göstərilmiş, o cümlədən onun geyiminin hazırlandığı parçalar və döşlüyü çox realistik təsvir edilmişdir. Kişi və qadının məzlum üz ifadəsi izləyicidə gülüş yox hörmət hissi oyadır.
Personajların sağ tərəfində üzərində latın dilində yazı olan iki daş vardır. Daş üzərinə qadınlıq atributları olan kirmən və yun ip personajın əsl kimliyini büruzə verir.
Tarixi Portretdə təsvir edilən ailənin sağ tərəfində iki daş blok üzərində yazılmış latın dilində uzun epiqrafdan portretdəki obtektlərin tarixçəsini öyrənmək mümkündür>:
Un grande miracolo della natura
Maddalena Ventura dalla città di Accumoli presso i Sanniti, dall'Abruzzo del Regno di Napoli, di anni 52 e ciò che è inusuale è che quando aveva 37 anni di età inizio a coprirsi di peli e a sviluppare una barba così lunga e rigogliosa che potresti vederla su un maestro barbuto piuttosto che su una donna che in precedenza ha dato tre figli a suo marito Felice de Amici, che vedi vicino a lei.
Jusepe de Ribera spagnolo insignito della Croce di Cristo nuovo Apelle del suo tempo su incarico di Ferdinando II 3° duca di Alcalà viceré di Napoli dipinse straordinariamente dal vivo 16 febbraio anno 1631 Jusepe de Ribera, Iscrizione sul dipinto
EN MAGNV[M] NATVRAE MIRACVLVM
MAGDALENA VENTVRA EX- OPPIDO ACVMVLI APVD SAMNITES VVLGO, EL A- BRVZZO REGNI, NEAPOLI- TANI ANNVRVM 52 ET QVOD INSOLENS EST CV[M] ANNVM 37 AGERET COE- PIT PUBESCERE EOQVE BARBA DEMISSA AC PRO- LIXA EST VI POTIVS ALCIVIOS MAGISTRI BARBATI ESSE VIDEATVR QVAM MV- LIERIS QVAE TRES FILIOS ANTE AMISERIT QVOS EX VIRO SVO FELICI DE AMICI QVEM ADESSE VIDES HA- BVERAT.
JOSEPHVS DE RIBERA HIS- PANVS CHRISTI CRVCE INSIGNITVS SVI TEM- PORIS ALTER APELLES IVSSV FERDINANDE II DVCIS III DE ALCALA NEAPOLI PROREGIS AD VIVVM MIRE DEPINXIT XIIIJ KALEND. MART. ANNO MDCXXXI Kitabədən məlum olur ki, təsvir edilmiş əsas şəxs İtaliyadakı Akkumoli şəhərinin sakini olmuş Maddalena Venturadır; həyat yoldaşı Feliçeyə üç övlad bəxş etməsindən sonra, 37 yaşında Maddalenanın sıx saqqalı çıxmağa başlayır, 52 yaşı olduqda – 1631-ci ildə isə vitse-kral onu Neapola dəvət edərək "təbiətin böyük möcüzəsi" kimi qəbul edir.
Epiqrafda bildirilir ki, portret Neapol vitse-kralı Fernando Afan de Ribera tərəfindən yeni Apelles adlandırılan Məsih ordeninə layiq görülmüş "ispaniyalı Xose de Ribera"ya sifariş edilmişdi. Rəsm üzərində onun tarixi 16 fevral 1631-ci il kimi göstərilmişdir.
Rəsmin işlənməsi isə Venesiya səfirinin 11 fevral 1631-ci ildə yazdığı məktubunda təsvir edilmişdi. Neapol kralının sarayına səfərini təsvir edən səfir yazır:
Oxşar əsərlər Maddalena Venturanın portreti hirsutizmdən əziyyət çəkən qadınların təsvir edildiyi azsaylı rəsm əsərlərindən biridir. Digər oxşar əsər "Barbuda de Penyaranda" kimi tanınan Briqida de los Riosun portretidir. Əlli yaşlı qadın olan Briqida sıx saqqallıdır və saç seyrəkləşmişdir. 1590-cı ildə İspaniya rəssamı Xuan Sançes Kotan tərəfindən çəkilmiş portret hazırda Madriddəki Prado muzeyində saxlanılır.
İstinadlar
Ədəbiyyat Giorgia Mancini, Ribera, Milano, Rizzoli, 2004.
Kateqoriya:Xose de Riberanın rəsmləri Kateqoriya:İspan rəssamlarının Prado muzeyindəki əsərləri Kateqoriya:Barokko dövrü rəsm əsərləri Kateqoriya:Saqqal Kateqoriya:Qadın portretləri Kateqoriya:XVII əsrin portretləri Kateqoriya:1631-ci ildə çəkilmiş rəsm əsərləri