() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Kiçik və Orta Asiya, İran, Rusiya və Qafqazda yayılmışdır.
Botaniki xarakteristikası 20–75 sm hündürlüyündə, qollu-budaqlı, şaxələnmiş, ağımtıl budaqları olan çoxillik yarımkoldur. Yarpaqları kiçik, uzunsov-yumurtavari, təxminən oturaq, küt, oyuq-dişli, hər iki tərəfdən möhkəm, ağımtıl və ya gümüşü-unludur. Çiçəkləri qoltuqlarda sünbülvari çiçək qruplarında yerləşir. Dişi çiçəklərin çiçəkyanlığı yoxdur, erkəkcikləri beş üzvlüdür. İyul-avqust aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir.
Ekologiyası Gilli, adətən şorlaşmış torpaqlarda bitir. Yarımsəhra qruplaşmalarının tərkibində, bəzi yerlərdə isə cəngəlliklər şəklində təsadüf edilir.
Azərbaycanda yayılması Kür-Araz ovalığında, Naxçıvan düzənliyində, dağətəyi və aran yerlərdə bitir.
İstifadəsi Gövdələri, yarpaqları, çiçəkləri və toxumları müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Meyvələrində fenolkarbon turşuları, toxumlarında saponinlər, flavonoidlər, betanin, feril turşusu, göy boyaq vardır. Yarpaqları və çiçəklərindən qidada, salatların, pürenin, şorabaların hazırlanmasında istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax