Rayan Ciro Qravenberx (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusu.
Klub karyerası
Ayaks Qravenberx Amsterdam akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2010-cu ildə akademiya ilə müqavilə imzalamışdır. 7 iyun 2018-ci ildə Rayan Ayaks akademiyasının ən yaxşı istedadlı oyunçusuna verilən Abdelhak Nuri Trofeyinin ilk qalibi olmuşdur. O, həmin gün klub ilə 2021-ci ilə qədər olan ilk peşəkar müqaviləsini imzalamışdır. Qravenberx öz peşəkar karyerasında debütünü 24 avqust 2018-ci ildə Dordrext klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir.
Qravenberx Ayaks klubu ilə debütünü 23 sentyabr 2018-ci ildə PSV Eyndhoven klubuna qarşı oyunda etmişdir. Erediviziya görüşündə Ayaks rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. 16 yaş və 130 günlüyündə meydana daxil olan Qravenberx 16 yaş və 242 günlüyündə meydana çıxan Klarens Zedorfun rekordunu yeniləyərək, Erediviziyada meydana çıxan ən gənc Ayaks futbolçusu kimi tarixə düşmüşdür.
Milli karyerası Qravenberx Niderland millisinin müxtəlif yaş qruplarında çıxış edir. 5 sentyabr 2018-ci ildə 16 yaşı olarkən İngiltərə U-19 millisi ilə yoldaşlıq oyunu üçün Niderland U-19 millisinə dəvət almış və millisi rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur.
Şəxsi həyatı Qravenberx Amsterdam şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır. Qravenberxin böyük qardaşı Danzell Qravenberx də peşəkar futbolçudur.
Karyera statistikası
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolYonq Ayaks2018–19Eerste Diviziya8000000080Ayaks2018–19Erediviziya1011000021Ümumi karyera90110000101 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Uğurları
Milli komanda «Niderland U-17» UEFA Avropa U-17 Çempionatı — 2018
İstinadlar
Xarici keçidlər
UEFA Youth League Profile Ons Oranje U16 Profile Ons Oranje U17 Profile Ons Oranje U19 Profile
Kateqoriya:Niderland futbolçuları Kateqoriya:Yonq Ayaks futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Niderland milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Niderlandlı legioner kişi futbolçular