Rüştü Paşa (; ) — Türk əsgəri və siyasətçisi.
Hərbi fəaliyyəti 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu.
İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi. İzmir sui-qəsdində iştirak etdiyi üçün 13 iyul 1926-da edam edildi.
Medal və təltifləri "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 29.
İstinadlar
Kateqoriya:Türkiyə Silahlı Qüvvələrinin general-mayorları Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:Türkiyənin hərb tarixi Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri