Qurbantəpə dağı — Azərbaycanda, Qubadlı rayonu, Məlikəhmədli kənd yaxınlığında yerləşən dağ. Dağın maksimal hündürlüyü 1075 metrdir.

Yerləşməsi Gorusdan Qubadlıya gedən yolun sağ kənarındadır. Məlikəhmədli kəndindən Yazı düzünə çıxan Gülsəyeri yolunun sağ hissəsində yerləşir.

Toponimikası Qurbantəpə toponimi “qurban vermə” və ya “qurban kəsmə” hadisəsi ilə bağlı olaraq meydana gəlmişdir. Yerli sakinlərin sözlərinə görə uzun zaman yağış yağmadıqda və ya quraqlıq baş verdikdə, bu təpədə qurban kəsmə ayini icra edilirdi. Beləki Yazı düzündə aparılan əkinlər dəmyə istiqamətli olması səbəbindən əkin ancaq yağıntı sularına əsaslanırdı.

İstinadlar

Kateqoriya:Qubadlı rayonunun dağları