Kati Kovaç (tam adı: Kati Kovaç, ; ) — Macarıstan pop-rok müğənnisi, söz yazıçısı və aktrisa, Ferens List və Koşut mükafatları laureatı.
Macarıstanın ən populyar müğənnisi olan Kovaç musiqi albomları, mükafatları və ölkə daxili və xaricində təqdimatları, beynəlxalq səviyyədə tanınması ilə bərabər bu günə qədər çox aktiv bir karyeraya malikdir.
Kovaç macar musiqi tənqidçiləri tərəfindən təriflənən çox güclü mezzo-soprano səsi ilə tanınır: tənqidçilər onu "Macarıstanın ən yaxşı qadın səsi" adlandırırlar. O, opera, rok, caz, pop, rəqs, blüz və rok-n-roll janrlarında ifa edə bilir.
Fəaliyyəti 250px|thumb|right|Kati Kovaç 1960-cı illərdə 250px|thumb|right|Kati Kovaç Siget festivalında (2012) Kovaç səhnəyə ilk dəfə 1962-ci ildə çıxmışdır. O, milli səviyyədə ilk dəfə 1965-ci ildə Macarıstanın "Ki mit tud?" adlı seminal televiziya istedad şousunda qələbə qazandığı zaman məşhur olmuşdur. Bir il sonra, 1966-cı ildə Macarıstanda keçirilən televiziya rəqs musiqi festivalını qazanan "Sənin oyuncağın olmayacağam" () mahnısı ilə bir az daha böyük uğurlara imza atdı.
1968-ci ildə bəzi filmlərdə, məsələn, "Gün keçdi" () filmində baş rolu ifa etmişdir.
Psixedelik ruhlu "Rəbbim, bizə yağış göndər!" () mahnısı 1972-ci ildə Macar Rəqs-musiqi Festivalında və Almaniya Mahnı Müsabiqəsində ona qələbə qazandırmışdır.
Üç albomu (Kovács Kati & Locomotiv GT, Közel a naphoz və Kati) və bir kompilyasiya albomunun (Rock and Roller) üzərində macar rok qrupu Locomotiv GT ilə birlikdə işləmişdir.
1974-cü ildə "Güllər qırmızı, bənövşələr mavidir" () mahnısı ilə İrlandiyada Kaslbar Mahnı Müsabiqəsində qələbə qazanmışdır.
O, Marta Mesaroşun rejissoru olduğu 1977-ci il "Onların ikisi" () macar filmində ifaçı kimi çıxış etmişdir.
1979-cu ildən etibarən Donna Sammer, Barbra Streyzand, Lora Breniqan, Madonna, Tanita Tikaram, Sem Braun, Anastacia və digərlərinin ifasında bir neçə diskoteka və hit mahnıların kaver versiyasını Macarıstanda ifa etmişdir.
İfaçı olmaqla bərabər, Kati Kovaç həm də söz yazıçısıdır. Ən tanınmış əsərlərindən biri Vangelisin bəstəsi olan və Kovaçın özünün də ifa etdiyi "1492: Cənnətin kəşfi"nə yazdığı sözlərdir.
23 oktyabr 2009-cu ildən psixedelik psixedelik soul-bit janrında ifa edən The Qualitons orkestri ilə işləməyə başlamışdı. Onlar Budapeştdə çox uğurlu konsert vermiş və Kovaç burada nadir hallarda müraciət etdiyi bit və fank janrlarında mahnılar ifa etmişdi. Bu konsertlə Kati möhtəşəm qayıdışa imza atmışdı. 2010-cu ildə isə orkestr ilə ölkə turuna çıxmışdılar. Yeni albom planlasalar da, sonradan əlaqələri itmişdi.
Kristina Agileranın 2010-cu il sinqlı "Woohoo" mahnısında Add már, uram, az esőt! mahnısından bir hissə də var.
Mükafatları İlin musiqi həftəsi ulduzu mükafatı (İngiltərə, 1974) List mükafatı (1986) Ləyaqət ordeni - Cəngavər xaçı (Macarıstan, 1994) Ləyaqət ordeni - Zabit xaçı (Macarıstan, 2011) Budapeştin fəxri vətəndaşı (2011) Koşut mükafatı (2014)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Macarıstan müğənniləri Kateqoriya:Macarıstan film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları