Karoy Kişfaludi (; ) — Macarıstan dramaturqu və sənətçisi, Şandor Kişfaludinin qardaşıdır. Milli dramın təsisçisi idi.
Həyatı Karoy ailədə səkkiz övladın ən kiçiyi idi, anası onu dünyaya gətirərkən vəfat etmişdi. Atası ilə münasibətində bir sıra çətinliklər yaşayırdı. 1804-1811-ci illərdə orduda xidmət edərkən poemalar və mahnılar yazmağa başladı. İtaliya, Serbiya və Bavariyada Napoleon müharibələrində xidmət etmişdi. 1810-cu ildə geri döndükdən sonra Katalin Hepper adlı bir xanımla qısa bir münasibət yaşadı, lakin onunla ailə həyatı qurmadı. Ordudan istefa etdikdən sonra atası ilə münasibətləri daha da pisləşdi və Vaş medyesində bacısı Terezin evində yaşamağa məcbur oldu. İncəsənəti oxudu və 1812-ci ildə Vyanaya, 1815-ci ildə isə İtaliyaya səfər etdi, lakin 1819-cu ilin aprel və iyun aylarına kimi nə yazıçılıqda, nə də rəssamlıqda uğur qazanmağı bacarmadı. Bu dövrdən sonra bir sıra məşhur əsərlərini yazmağa başladı. Əsərləri alman dilinə tərcümə edildi və Vyanada teatrlarda nümayiş edildi.
Kişfaludi cəmiyyəti 1822-ci ildə Aurora ədəbi mətbəəsini təsis etdi və 1826-cı ildə bu işdəki fəaliyyətlərinə görə Marçibanyi mükafatını qazandı. Həmin ildə atası öz vəsiyyətində düzəliş edərək Karoyun adını yenidən bərpa etdi. Nina Löffler adlı bir xanıma aşiq oldu, lakin yəhudi olduğu üçün onunla ailə həyatı qurmadı. 1830-cu ildə vərəm xəstəliyindən vəfat edənə kimi Aurora ədəbi jurnalı üçün yazıçılıq fəaliyyətini davam etdirdi. 1836-cı ildə yaradılan Kişfaludi cəmiyyəti onun şərəfinə adlandırılmışdı.
Həmçinin bax Kişfaludi cəmiyyəti
İstinadlar
Xarici keçidlər
Karoy kişfaludinin rəsm əsərlərinin bəzi hissəsi
Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Macarıstan şairləri Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Dramlar Kateqoriya:XIX əsr şairləri