Qaqra kilsəsi (), Abaata, Müqəddəs Qaqralı İpati kilsəsi və ya Qaqra Müqəddəs Bakirənin himayəsi kilsəsi — Gürcüstanın Qaqra şəhərində erkən orta əsr xristian kilsəsi. Abxaziyadakı ən qədim kilsələrdən biridir. VI əsrdə inşa edilən və 1902-ci ildə yenidən qurulan sadə bazilikadır.
Qaqra kilsəsi Abaata kimi tanınan müasir qala ərazisində yerləşir. Hal-hazırda xarabalıq halındadır. Tikintisində ağ daşdan istifadə olunmuşdur. Əsas giriş qərb tərəfdə yerləşir. Kilsədəki otaqlar qapılar ilə bir-birinə bağlanır. Əsas otaq cənub divarındakı üç pəncərə, qərb divarında və qurbangahda olan pəncərə ilə işıqlandırılır. Kilsə, 1902-ci ildə Rusiya imperatorluq ailəsinin üzvü olan Aleksandr Petroviçin həyat yoldaşı Yevgeniya Maksimilianovnanın əmri ilə yenidən quruldu. 9 yanvar 1903-cü ildə Müqəddəs Qaqralı İpati kilsəsi kilsəsi olaraq təqdis edildi. Eyni zamanda, köhnə Abaata qalası otel inşaatı üçün söküldü. Kilsə sovet dövründə köhnə silah muzeyi olaraq istifadə edildi. Kilsədə 2007-ci ildə kiçik yeniləmələr edildi. 2012-ci ildə xristianların istifadəsi üçün bərpa işləri aparıldı.
Qaqra kilsəsi Gürcüstanın Milli Əhəmiyyətli Abidələr siyahısında yerləşir.
İstinadlar
Kateqoriya:Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni Abidələri Kateqoriya:Gürcüstan kilsələri