Çalkandular () — Rusiya Federasiyasının Altay Muxtar Respublikasında, Kurmaç-Baigol, Suronaş, Maysk, Biyka, Çuika, Turaçak rayonu və Qorno-Altaysk şəhərində kompakt yaşayan azsaylı türkdilli xalqdır.
Çalkandular Çalkandular, Çalkandılar və ya ÇalkanlarFigen Güner Dilek (2008), Altay Türklerinde akrabalık , Ahmet B. Ercilasun Armağanı, Akçağ Basım Yayım Pazarlama A.Ş., Ankara Rusiyanın cənub bölgəsindəki Altay Respublikasında yaşayan Türk xalqlarından Altayların 850 nəfərlik qəbiləsidir. UNESCO-ya görə dilləri və mədəniyyətləri yox olmaq təhlükəsi qarşısındadır. Adlandırma Biy çayı qolu olan Lebed çayı sahilində yaşadıqlarından keçmişdə kökü qədim kuğu sözündən olan Kuu-kiji və ya Lebed Tatarları adlanırdılar. “Kuu” xüsusilə Tıva Respublikasında “kuular” soyadını daşıyan bir sülalə olaraq bilinir. Çalkandular “Kuular” ilə bağlantıları vardır.
Coğrafiya Çalkandular əsasən Altay Reespublikasının Turaçaq rayonunda , Kurmaç-Baygöl ilə Suronaş kəndlərində, bir hissəsi isə Biyka, İtkuç kəndlərində, çox az hissəsi isə Çoyskiy rayonunda yaşayırlar.
Əhali 2002-ci ilin məlumatlarına görə sayları 855 nəfərdir və bunların ancaq 539 nəfəri çalkanduca danışa bilir.
Boyları Salkanıq və Sakşılıq olmaq üzrə iki qola ayrılırlar.
Dil Çalkanduların dili çalkanduca altaycanın şimali altay qrupu ləhçəsinə aiddir və bu qrupdakı tıva və kubandıların ləhçələrinə oxşayır. Bütün çalkanduların iki dili olub rusca da danışırlar. Çalkandu dili 2000-ci ildə Rusiya Federasiyasında azsaylı xalq dili statusunu almış və Rusiya xalqlarının qırmızı kitabına daxil edilmişdir. O vaxtdan sonra Altaycadan ayrı müstəqil bir dil olaraq qəbul edilir.
İstinadlar
Kateqoriya:Türk xalqları Kateqoriya:Rusiyada yaşayan etnik qruplar