Piet van de Kamp ()Laurence W. Fredrick, Peter van de Kamp (1901–1995) , Publications of the Astronomical Socitiey of the Pacific 108:556–559, July 1996 — ABŞ-da Piter van de Kamp () olaraq bilinən, həyatının böyük hissəsini də elə orada yaşayan holland astronom. O, Suoartmore Kollecində astronomiya üzrə professor və 1937-dən 1992-ci ilə qədər kollecin Sproul rəsədxanasında direktor vəzifəsini tutmuşdur. O, astrometriyada ixtisaslaşmış, parallaks və ulduzların uyğun hərəkətlərini tədqiq etmişdir. Kamp 1960-cı illərdə Barnard ulduzunun "yırğalanma" müşahidələrinə əsaslanan planetar sisteminin olduğunu iddia etməsiylə gündəmə gəldi, ancaq indilərdə bu fikir səhv olaraq bilinir. 14 noyabr 2018-ci ildə Qırmızı Nöqtələr layihəsi Barnard ulduzunun Yerin ən az 3.2 dəfə böyüklüküyündə olan ekzoplanetə ev sahibliyi etdiyini açıqladı.

İstinadlar

Kateqoriya:ABŞ alimləri Kateqoriya:ABŞ astronomları Kateqoriya:Niderland astronomları Kateqoriya:Hollandəsilli amerikalılar