Əhməd Məhəmməd oğlu İsmayılov () — Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru. Media və Yayım Şurasının sədri (2026)

Həyatı 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1987–1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil almışdır.

2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr dərəcəsi almışdır.

2022-ci ildə Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını bitirmişdir.

Ailəlidir, 1 övladı var.

Əmək fəaliyyəti Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlamışdır.

2004–2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləmişdir.

2005–2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır.

2008–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011–2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləmişdir.

2018–2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır.

2009–2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər" ilk ərazi təşkilatının sədri olmuşdur.

2019-cu ildən Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin ekspertidir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilmiş,Ə. M. İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 12 yanvar 2021-ci il tarixədək bu vəzifədə çalışmışdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 2416 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri təyin olunub.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı, 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı və 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 21 iyul 2025

İstinadlar

Kateqoriya:"Gəmiçilik sahəsində xidmətlərə görə" medalı ilə təltif edilənlər