Məmməd Səməd oğlu Bağırov () — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, Pistoya şəhərinin fəxri vətəndaşı (1978), "Ubaldo Fantaççi" partizan briqadasının üzvüPartigiano dell'Unione Sovietica alla cerimonia della Liberazione (итал.) // La Nazione (англ.)русск.. — 1978. — 10 settembre..

Həyatı və təhsili Məmməd Səməd oğlu Bağırov 2 oktyabr 1920-ci ildə indiki İsmayıllı rayonunun Basqal kəndində sənətkar ailəsində anadan olmuşdur. Oxumağa Basqal məktəbində yeddinci sinfə qədər davam etmiş, orta təhsilini 1941-ci ildə Bakıda bitirmişdir. Məmməd Bağırov orta təhsilini başa vurduqdan sonra Gürcüstanın Telavi şəhərindəki artilleriya məktəbinə daxil olmuşdur. 1942-ci ildə buranı topçu ixtisası və leytenant hərbi rütbəsi almaqla bitirmiş, mart ayında isə cəbhəyə yola düşmüşdürKərimov B. İkinci Dünya müharibəsi dövründə azərbaycanlıların İtaliya və Yuqoslaviya partizan hərəkatında iştirakı tarixindən // Milli Azərbaycan Tarixi Muzeyi — 2015. — 2015. — S. 186–200.. M. Bağırov Bakı Bədii məktəbində oxuyarkən orada Mehdi Hüseynzadə ilə tanış olmuşdurХанджанбекова Ф. Азербайджанцы в Движении Сопротивления. Интервью с социологом И. Аббасовым // Каспий. — 2018. — 24 июня..

Döyüş yolu Məmməd Bağırovun İkinci Dünya müharibəsi zamanı döyüş yolu cənub-qərb cəbhəsindən, Xarkov vilayətindən başlamışdı. Burada 317-ci diviziyanın 773-cü artilleriya alayı tərkibində döyüşmüşdü. Bu zaman almanlar qələbədən ruhlanaraq çoxsaylı qüvvə ilə Sovet İttifaqının içərilərinə doğru hücumlarını davam etdirdilər. Onlar Lozevoy, Barvenko və başqa yaşayış məntəqələrini alanda Məmməd Bağırovun bölüyü düşmən mühasirəsinə düşür. Ciddi müqavimətə baxmayaraq Bağırov ağır yaralanaraq əsir düşür.

Əsirlik zamanı o tif xəstəliyinə tutulur. Başına faşistlər tərəfində "27" damğası vurulur. Daha sonralar M. Bağırov xatırladır ki, düşərgəyə hansısa alman doktoru gəldi ki, ölənlər içərisindən beyin təcrübələri üçün qurbanları seçsin:

"Əsarətdə keçirilmiş günlər mənim həyatımda ən qara idi. Məni Proskurovo şəhərində düşərgəyə göndərdilər. Yaralar güclə sağalırdı, qızdırma, sayıqlama olurdu. Düşünürdüm ki, bu malyariyadır. Çünki İsmayıllı rayonunun Basqal kəndində yaşayan vaxtlarda uşaqlar ondan xəstələnirdi. Amma məlum oldu ki, yatalaq xəstəliyidir".

1985-ci ildə ona İtaliya prezidenti Sandro Pertininin imzası ilə 1943–1945-ci illərdə İtaliyanın azadlığı uğrunda mübarizədə iştirakına görə fəxri diplom verilmişdi. Məmməd Bağırov İtaliyanın 14 yubiley medalı ilə mükafatlandırılmışdı (o cümlədən, "Milli-azadlıq müharibəsinin 20 illiyi" medalı ilə), iki fəxri diplom və Vətən müharibəsinin II dərəcəsi ordeni ilə İtalyan Partizanlarının Milli Cəmiyyətinin fəxri üzvü idi.İsmayılov, 2000, с. 62.

1942-ci ilin sentyabrında Məmməd Bağırovu azərbaycanlı əsirlərdən ibarət Azərbaycan legionunun sıralarına daxil edirlər. Lakin burada da o, alman faşistlərinə nifrət bəsləyir və qaçış haqqında düşünür. Onu 1944-cü ilin yazında İtaliyaya göndərirlər və burada o yerli partizanlarla əlaqə qururTalalay M. Dal Caucaso agli Appennini agli azerbaigiani nella Resistenza italiana. — Roma: Sandro Teti Editore, 2013. — ISBN 978-88-88249-24-7. S. 64–66.. 1943-cü ilin yanvarında Bağırovu sovet partizanları ilə mübarizə üçün Krıma yola düşən legionerlər qrupunun tərkibinə qatdılar. Ancaq xəstəliklə əlaqədar Bağırovun yola düşməsi təxirə salınmışdı və o Mauthauzen həbs düşərgəsinə keşikçi kimi göndərilmişdi. Yazda 1944-cü il Məmməd Bağırovu Şimali İtaliyaya — Belluno rayonuna köçürdülər və o yerli partizanlarla burada əlaqə saxlaya bildi.Talalay M. Dal Caucaso agli appennini. gli azerbaigiani nella Resistenza italiana (итал.). — Roma: Sandro Teti Editore, 2013. — ISBN 978-88-88249-24-7.

Legiondan qaçan Bağırov çox keçmədən partizanların dəstəsinə qoşulur. 1944-cü ildə İtaliyada Umberto Fantaççi adına beynəlmiləl partizan dəstəsi tərkibində faşizmə qarşı mübarizə aparmışdır. Həmin dəstədə 20 millətin nümayəndəsi mübarizə aparırdı və onlar 1944-cü ilin sentyabrında İtaliyanın Pistoya şəhərini faşistlərdən azad etmişdilərİsmayılov İ. Z. Azərbaycanlıların II dünya müharibəsində iştirakı (азерб.). — Б., 2000. — С. 128..

Müharibədən sonrakı həyatı Müharibədən sonra Məmməd Bağırov öz kəndində hərbi vətənpərvərlik fəaliyyəti istiqamətində muzey təşkil etmişdir. O, 1978-ci ildə İtaliyaya yenidən qayıtmışdır, Cüzeppe Qaribaldi adına medalla təltif edilmişdir, İtaliya partizanları Assosiasiyasının fəxri üzvü və Pistoya şəhərinin fəxri vətəndaşı seçilmişdirҺүсејнов Ј. Елоғлунун һүнәри // Улдуз. — 1980. — No 3. — S. 17–21., İtaliya hökumətinin bir neçə yüksək mükafatlarına layiq görülmüşdür.

Ailəsi

Xatirəsi

İtaliyaya səfəri Məmməd Bağırov 1997-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində İtaliya torpağına son dəfə ayaq basdı. Səfərin gedişində Bağırov prezident Heydər Əliyevlə birlikdə rəsmi görüşlərdə İtaliyanın baş naziri Romano Prodi, ölkə Senatının başçısı Nikolo Mançino, deputatlar Palatasının başçısı Luçiano Violente, Roma papası İohann Pavelə təqdim olundu. İtaliyanın baş naziri Romano Prodi ölkəsinin rəhbərliyi adından Məmməd Bağırova İkinci Dünya müharibəsi zamanı İtaliya müqavimət hərəkatındakı mübariz fəaliyyətini yüksək qiymətləndirdi, ona dərin hörmət və ehtiramını ifadə etdi.

Məmməd Bağırov 9 oktyabr 1997-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçıları Kateqoriya:Fərdi təqaüdçülər Kateqoriya:SSRİ baş leytenantları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları