Lilya Bucurova (, ; ) — Krımtatar əsilli şairə və jurnalist.
Həyatı 1 noyabr 1958-ci ildə Özbəkistanın Anqren şəhərində anadan olub. 1979-cu ildə Daşkənd Regional Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitiribЛИЛЯ БУДЖУРОВА: "КАЖДЫЙ ИЗ НАС ОДНАЖДЫ СПРАШИВАЕТ СЕБЯ, КТО Я: ЖУРНАЛИСТ ИЛИ ЧЕЛОВЕК ИЗ ОБСЛУГИ?" . 1989-cu ildə ilk Samizdat toplusunu: "Sındırılmamış bilet", sonra "Nə vaxt qayıdacağıq" toplularını nəşr etdirir. 1991-ci ildə Krıma qayıtdır. 1991-ci ildən 1997-ci ilə qədər Krımtatar Avdet qəzetinin baş redaktoru vəzifəsində işləmişdir: onun dediyinə görə, Mustafa Əbdülcəmil Qırımoğlunu tənqid etdiyinə görə işdən çıxarılıbЛиля Буджурова: Правда стоит сломанных рук . 1991-ci ildən 2011-ci ilədək əvvəlcə Krımtatar mətbəsinin redaktoru, sonra "Krım" Dövlət Televiziya və Radio Şirkətinin aparıcı redaktoru kimi çalışmışdır. Müxtəlif illərdə "Ana-Yurt", "Təhlükəli Zona" və "Baş redaktor" kimi müəllif proqramlarına rəhbərlik etmişdir. 2004-cü ildən 2014-cü ilə qədər "Birinci Krım"Известные люди юга России qəzetinin baş redaktoru, 1992–2009-cu illərdə STB kanalının müxbiri, 1992-ci ildən bu günə qədər France Press agentliyinin müxbiri olmuşdur. Əsərləri "Ukrayna həqiqəti" onlayn qəzetində yayımlanıb. 1997-ci ildən Krım Azad Jurnalistlər Birliyinin sədridir.
2012-ci ildən "ATR" televiziya kanalının baş siyasət direktorunun müavini, "Cazibə" siyasi və sosial televiziya şousunun müəllifidir. 1 aprel 2015-ci ildə kanalın bağlanmasına görə bu vəzifəni tərk edir. 2015-ci ilin avqust ayından etibarən QaraDeniz production studiyasının direktor müavini və illik "Canlı səs" uşaq istedad yarışmasının təşkilatçılarından biri olurПубликация этих фото — самый сильный ход пресс-службы Совмина Республики Крым со времён начала "Светопредставления" . 2016-cı ildə Krımlı müsəlman məhbusların uşaqlarına dəstək olaraq "Bizim balalar" ictimai hərəkatının qurucularından biri olur.
Siyasət 1991-ci ildə Bucurova Krımtatar xalqının ikinci Kurultayına nümayəndə seçilir. Krımtatar xalqının Məclisinə iki dəfə (1991-ci ildən 1997-ci ilədək üzv), 1994–1998-ci illərdə isə Krım Muxtar Respublikası Ali Şurasına deputat seçilmişdir. 2 noyabr 2015-ci ildə Bucurova Lenur İslamova qarşı qaldırılmış cinayət işi ilə əlaqədar onun evində axtarış aparıldığını bildirirЛиля Буджурова: не пугайте автоматами мою семью и мой народ .
Mükafatları İki şeir toplusu və bir sıra jurnalist məqalələri üçün İsmayıl Qaspiralı mükafatı laureatı (1992). Vasili Stus Mükafatının qalibi (2001). Ukraynanın əməkdar jurnalisti (2005)Указ Президента України від 30 листопада 2005 року № 1677/2005 "Про відзначення державними нагородами України з нагоди річниці підтвердження всеукраїнським референдумом Акта проголошення незалежності України 1 грудня 1991 року" . Xidmətlərinə görə III dərəcəli Orden kavaleri (2015)Указ Президента України від 5 червня 2015 року № 313/2015 "Про відзначення державними нагородами України з нагоди Дня журналіста" .
İstinadlar
Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Krım tatar şairləri