Miyna Hyarma ( ) — Estoniya bəstəkarı, orqanist, xor dirijoru. Həyat və yaradıcılığı Miyna Hyarma müəllim və musiqiçi ailəsində anadan olmuşdur. Tartuda məktəbə bitirir. 15 yaşından etibarən Estoniya bəstəkarı və yazıçısı Karl Avqust Hermandan (qohumu deyil) fortepiano və kompozisiya dərsləri alır.
1883 - 1890-cı illərdə Miyna Hyarma Sankt-Peterburq Konservatoriyasında (Lui Qomiliusdan) orqan və kompazisiya üzrə təhsil alır. Konservatoriyanı bitirdikdən sonra Sankt-Peterburqda qalır. Orada musiqi müəllimi və orqanist kimi işləyir. Xaricdə konsertlərdə çıxış edir.
1894-cü ildə Tartuya qayıdır. Bir orqanist kimi çalışır və nüfuzlu qarışıq xoru qurur (1920-ci ildən «Miina Hermanni Lauluseltsi segakoor»).
1903-1915-ci illərdə Kronştadtda yaşayır. Burada əsasən musiqi müəllimi işləyib. Birinci Dünya müharibəsi zamanı yenidən Tartuya köçür. 1917-ci ildən 1929-cu ilə qədər işlədiyi qadın gimnaziyasında musiqi müəllimi kimi çalışır. Eyni zamanda aylıq «Eesti Muusika Kuukirja» jurnalının baş redaktoru və Tartu Musiqi Sənəti Birliyinin (Estoniya Tartu Helikunsti Selts) sədri olurLeida Kalling-Kant, Miina Härmaga enne ja nüüd, Tulimuld nr 1, 1964, lk 29Eesti nõukogude entsüklopeedia, 3. köide, lk 510/511, Tallinn: Valgus, 1988. 1919-cu ildə digər musiqiçilərlə birlikdə Tartuda Ali Musiqi Məktəbini qurur. 1939-cu ildə Tartu Universitetinin fəxri doktoru seçilir və Tallinn Konservatoriyasında fəxri professor olurEesti elulood..
Miyna Hyarma dünyasını dəyişənə qədər Tartuda yaşayır. Raadi qəbiristanlığında dəfn edilir. 1965-ci ildə Estoniyalı heykəltaraş Aleksandr Eller məzarın üstünə qranitdən düzəldilmiş bir qəbir daşını qoyur.
270px|thumb|left|Miyna Hyarma adına Lisey 1917-ci ildən Miyna Hyarmanın dərs dediyi Tartudakı qızlar gimnaziyası (3 Jaana Tynisson küçəsi) 1964-cü ildən bəri onun adını daşıyır. 1984-cü ildə gimnaziyanın qarşısında abidə ucaldılmışdır. 2014-cü ildə Miyna Hyarmanın anadan olmasının 150 illiyinə həsr olunmuş Estoniya Avro xatirə sikkəsi buraxılmışdır. Musiqi əsərləri Miyna Hyarma yalnız Estoniyanın musiqi həyatında bir orqanist və fəal iştirakçı olaraq deyil, ilk növbədə Eston mahnı festivallarında xorun lideri və bəstəkar kimi tanınır. Lirik tonu ilə fərqlənən 200-ə yaxın xor əsəri yazmışdır. Bundan əlavə, xor üçün üç mahnı kitabı, on kavatin, "Kalev və Linda" kantatasını (1895), xalq mahnılarının bir neçə məşhur versiyasını və "Murueide tütar" (1902) mahnı tərtibatını yazmışdıArtur Vahter, Miina Härma, lk 149 – 153, Tallinn: Eesti Raamat, 1971.
İstinadlar
Kateqoriya:Rusiya imperiyasının bəstəkarları