Radif Qaley oğlu Akçurin (; ) — kureş güləşi üzrə dünya çempionu.

Həyatı Başqırdıstan Respublikasının Fyodorvski rayonunda anadan olmuşdur. "Batır" yeniyetmələr klubunun şagirdi, rəhbərlərindən biri atası Qaley Zaynulloviç Akçurin olmuşdur."Чемпион мира — наш земляк" Общественно-политическая газета муниципального района: Федоровский район Республики Башкортостан «Ашкадарские зори»

Radif rayonlar arası keçirilən sabantuy yarışlarının bir neçə dəfə qalibi olmuşdur.

28 iyun 2008-ci ildə 90 kq-dan yuxarı çəki dərəcəsində Başqırdıstan Respublikası kureş milli güləşi üzrə turnirin qalibi olmuşdur, turnir "Batır-2008" sabantuy yarışlarının rayon və şəhər qalibləri arasında keçirilirdi.

16 aprel 2010-cu ildə Başqırdıstan kənd idman oyunları hesabat yarışlarında birinci yeri tutmuşdur.

24 aprel 2010-cu ildə Ufada keçirilən Böyük Vətən Müharibəsi Qələbəsinin 65-ci ildönümünə həsr olunmuş kureş milli güləş üzrə açıq respublika turnirində birinci yeri tutmuşdur.

12 İyun 2010-cu ildə Başqırdıstan Respublikasının İşimbay rayonunda keçirilən Salavat Yiynı bayramında kureş güləşçiləri arasında mütləq çempion adını qazandı.

İstinadlar

Xarici keçidlər

Башкирский батыр Радиф Акчурин — обладатель «золотой» медали чемпионата мира