Lena ulusu () — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Lensk şəhəridir. Coğrafiyası Respublikanın cənub-qərbində, Prilenski yaylasının daxilində yerləşir. Rayonun ərazisi 77,0 min km²-dir. Ulus şimaldan respublikanın Mirnin, şimal-şərqdən Suntar, şərqdən Olyokmin ulusları, qərbdən və cənubdan İrkutsk vilayəti ilə həmsərhəddir.
Böyük çayı: Lena çayı. Digər çayları: Vitim, Nuya, Peleduy.
Tarixi Rayon 30 yanvar 1930-cu ildə yaranmışdır. Əhalisi Urbanizasiya Şəhər şəraitində (Lensk şəhəri, Vitim və Lepeduy qəsəbələri) ulus əhalisinin 87,15 % -i yaşayır. Yerli özünü idarəetmə Lena ulusu ərazisinə 3 şəhər və 8 kənd inzibati vahidliyinə ümumilikdə 19 yaşayış məntəqəsi daxildir. Ulusa daxil olan yaşayış məntəqələri:Alısardax q., Batamay q., Beçença k., Vitim ş.t.q., Dorojnı q., İnnyalı q., Kristovski Lesouçastok k., Lensk ş., Murya k., Natora k., Nyura k., Nyura Severnaya k., Orto Naxara k., Peleduy ş.t.q., Tolon k., Turukta q., Xarma q., Çamça q., Yarovslavski q.
Ləğv olunmuş yaşayış məntəqələri Saxa Respublikası (Yakutiya) Hökumətinin 26 oktyabr 2001-ci il tarixli 558 nömrəli qərarı ilə Saldıkel kəndinin və Saldıkel kənd inzibati-ərazi bölgüsünün uçot məlumatları ləğv edilmişdir.
İqtisadiyyat Sənaye Ulus iqtisadiyyatında aparıcı yeri meşə sənayesi tutur (ağac kəsmə, ağac emalı). Digər sahələr: çay və yol nəqliyyat xidməti müəssisələri, tikinti materialları istehsalı, qida sənayesi. Neft sənayesi də inkişaf edir.
Kənd təsərrüfatı Kənd təsərrüfatı köməkçi xarakter daşıyır. Kənd təsərrüfatı torpaqları 15,9 min ha təşkil edir. Ətlik və maldarlıq, xəz ticarəti, donuzçuluq inkişaf etdirilir, kartof, tərəvəz və taxıl bitkiləri yetişdirilir.
Nəqliyyat Nəqliyyat əlaqələri çay, avtomobil yolu və hava nəqliyyatı ilə təmin edilir. Lenskdə böyük bir çay limanı vardır. Lena, Peleduy, Vitim, Yaroslavski, Xamra, Saldıkel, Nuya yaşayış məntəqələrində çay limanları vardır. Ulusla əlaqəli şəxslər Böyük Vətən Müharibəsinin məşhur snayperi, Leninqrad Cəbhəsinin snayper yarışmasının banilərindən biri Yeqor Mıreev Beçençada anadan olmuşdur.
İstinadlar
Kateqoriya:Saxanın ulusları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər