Zülfüqar Qulu oğlu Abbasov () — Azərbaycan rejissoru, aktyor. Azərbaycan Respublikasının xalq artisti (2000).
Həyatı Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olmuşdur. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda gedən mənfur erməni qiyamçılarının intiqamçısı olub. Sovetlərdən sonra həbs və sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb. Orta məktəbi Borçalıda bitirib. İki dəfə ali təhsil alıb. 1962-ci ildə A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini və 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Teatr institunda oxuduğu vaxt ona müəllimləri — böyük sənətkar Mehdi Məmmədov və Məlik Dadaşov bu sənətin sirlərini dərindən öyrədiblər. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.
Zülfüqar Abbasov 2022-ci il aprelin 1-də, 81 yaşında vəfat etmişdir.Xalq artisti Zülfüqar Abbasov vəfat edib
Fəaliyyəti Z. Abbasov təhsil illərində Tbilisidə İ. İsfahanlının rəhbərlik etdiyi dram dərnəyində çıxış etmişdir. 1967–68-ci illər də C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərmiş, burada "Solğun çiçəklər" (C. Cabbarlı; eyni zamanda Bəhram rolunu oynamışdır), "Yağışdan çıxdıq, yağmura düşdük" (N. Vəzirov) və s. pyesləri tamaşaya qoymuşdur. 1968-ci ildən (fasilələrlə) M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissorudur (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor). "Hacı Qara" (M. F. Axundzadə), "Eşq və intiqam" (S. S. Axundov), "Müfəttiş", "Evlənmə" (N. Qoqol), "Əliqulu evlənir" (S. Rəhman), "Cavanşir", "Şeyx Şamil" (M. Hüseyn), "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı" (İ. Əfəndiyev), "Şeytan nəsli" (H. Muxtarov), "Dar ağacı" (B. Vahabzadə), "Ölülər" (C. Məmmədquluzadə), "Almaz", "Solğun çiçəklər" (C. Cabbarlı), "Vaqif" (S. Vurğun), "Ayrılmaq anı" (M. Baycıyev) və s. əsərləri tamaşaya qoymuş, aktyor kimi də çıxış etmişdir. Müxtəlif ədəbi mənbələr əsasında yazdığı, həmçinin orijinal süjetli pyeslər yazmışdır.
Orijinal süjetli pyesləri "Nabat xalanın çörəyi" (Mingəçevir teatrı), "Vətən dərdi" (Mingəçevir teatrı), "Qisas günü" (Mingəçevir teatrı), "Kefdi, bu millət" (Mingəçevir teatrı), "Qəribə qonşular" (Qazax teatrı) — da oynanılmışdır.
Mükafatları Azərbaycan Respublikasının xalq artisti — 2000
İstinadlar
Xarici keçidlər Zülfüqar Abbasov "Qəribə düşmənlər" (1 parça) "İnsanlar teatrlardan üz çeviriblər" – Zülfüqar Abbasov Ailəsini başsız qoyub, xoşbəxtliyini başqa qadınlarda axtarır Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:XXI əsr teatr rejissorları