Qoçqıran — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd.

Tarixi 1919-cu ildə erməni dəstələrinin kənddəki müsəlmanlara hücum etməsi nəticəsində türk milisləri toqquşma baş verir. Qadın və uşaqların bir hissəsi Kərimbəyli və Ramazankəndə köçürülür. Kənddə qalanlar və qaça bilməyənlər erməni dəstələri tərəfindən tutularaq kütləvi şəkildə öldürülürOnk, Nizamettin (2006). Kafkasya'dan Anadolu'ya Iğdır Tarihi, Türk Dünyaları Araştırma Vakfı Yayınları, İstanbul. ISBN 975-498-177-9..

Kəndin adı 1928-ci ildə kürd dilində "qala" mənasını verən Dize olaraq adlıandırılırdı. 1960-cı ildə kəndin adı Qoçqıran olaraq adlandırılır. Qoçqıran adı bölgənin qoç kultundan və əfsanəvi Koçkar Atadan gəlir.

Coğrafiyası İğdır ilçə mərkəzinə 29 km, Qaraqoyunlu ilçə mərkəzinə 14 km uzaqlıqdadır. Ermənistanla sərhədi təşkil edən kəndin şimalından Araz çayı axır. Kənd Ermənistan sərhədində, paytaxt İrəvana ən yaxın türk məskənlərindən biridir.

Əhalisi 1886-cı il məlumatına görə kənddə 1329 nəfər azərbaycan türkü yaşayırdı. İllərə görə kənd əhalisi 2019518 2018 542 2017 526 2016 531 2015 545 2014 548 2013 568 2012 568 2011 582 2010 628 2009 620 2008 648 2007 662 2000 1.261 1886 1.329

İstinadlar

Kateqoriya:Qaraqoyunlu ilçəsinin bəldə və kəndləri