Əli Zal oğlu Zalov () — Azərbaycan alimi, kimya elmlər doktoru, professor.

Həyatı Əli Zalov 23 may 1966-cı ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. 1983-cü ildə Cəbrayıl şəhər 1 saylı orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1986-cı illərdə ordu sıralarında xidmət etmiş, 1991–1994-cü illərdə isə ADPU-nun analitik və fiziki kimya kafedrasının aspirantı olmuşdur. 1997-ci ildə prof. N. A. Verdizadənin rəhbərliyi ilə "Molibden və volframın kükürd- və azotlu liqandlarla komplekslərinin tədqiqi və onların fotometrik analizdə tətbiq mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi, 2017-ci ildə "Bəzi d- və f-keçid elementlərinin 2-hidroksitiofenol, onun törəmələri və hidrofob aminlərlə müxtəlifliqandlı kompleksləri fotometrik analizdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2022-ci ildə professor elmi adı almışdır.

Elmi fəaliyyəti 1992-ci ildən ADPU-nun analitik və fiziki kimya kafedrasının nəzdindəki "Koordinasion birləşmələr" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Ə. Zalov sonra baş elmi işçi vəzifəsini tutmuş, kafedrada baş müəllim və dosent kim kimi əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışır. O, 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə "XXI əsrin gənc alimi" Beynəlxalq Diplomu ilə təltif olunmuşdur. 2012-ci ildə ADPU – nun rektorluğunun qərarı ilə "Fəxri Fərmanla" təltif etmişdir. ADPU-nun "Xəbərlər" nin təbiət elmlər seriyasının redaksiya heyətinin üzvüdür. 2009-cu ildən ADPU Tələbə Elmi Cəmiyyətinin sədri və universitet Elmi şurasının, 2017-ci ildən BDU-da fəliyyət göstərən kimya üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.

Ə. Z. Zalovun elmi fəaliyyəti əsasən müxtəlif d-elementlərinin halogentiofenolyat və hidrofobaminlərlə eyniliqandlı və müxtəlifliqandlı komplekslərin tədqiqi ilə bağlıdır. Molibden, volfram, titan, niobium, tantal, mis, nikel, vanadium və s. metal ionlarının eyniliqandlı hlogentiofenolyat və hidrofobaminlərlə müxtəlifliqandlı komplekslərinin sintezi, spektrofotometrik tədqiqi ilk dəfə Ə. Z. Zalov tərəfindən aparılmışdır. Nəticə etibarilə yuxarıda qeyd olunan metal ionlarının fotometrik təyini üçün 80-dan artıq yüksək dəqiqliyə və həssaslığa malik üsullar işlənib hazırlanmış və müxtəlif təbii və sənaye obyektlərinə tətbiq edilmişdir.

Elmi sahəsi "koordinasion birləşmələr kimyası", istiqaməti "analitik kimya", dar ixtisası "fotometrik və ekstraksiyalı – fotometrik analiz"dir. Onun elmi tədqiqat işlərinin nəticələri müntəzəm olaraq respublika və beynəlxalq jurnallarda çap olunur.

Əsərləri Ə. Z. Zalov dərsliyin, dərs vəsaitinin, magistrlər üçün tədris proqramının, metodik vəsaitinin və çoxsaylı elmi məqalə və məruzə tezisinin (o cümlədən 100-dən artıq xaricdə olmaqla) müəllifidir. Onun muəllifi olduğu elmi məqalələr Hindistanda, Pakistanda, Slovakiyada, Rusiyada, İngiltərədə, ABŞ-da, Misirdə, Almaniyada nəşr edilmişdir.Aliyev S. G., Zalov A. Z., Verdizadeh N. A. Suleymanova G. S. Ibrahimova Sh. A. Extraction-photometric determination of cobalt (II) with o-Hydroxythiophenol derivatives and hydrophobic amines//International Journal of Chemical Studies, India,2017, V. 5, № 3, pp.382–386.Залов А. З., Ибрагимова Ш. А., Вердизаде Н. А., Гаджиева А. Б. Аналитическое применение ионных ассоциатов молибдена и вольфрама с 2-гидрокси-5-бромтиофенолом и гидрофобными аминами //Azərbaycan kimya jurnali, Bakı, Elm, 2017, № 4, c. 39–49.Zalov A. Z., IbrahimovaSh. A. Hasanova N. S. Extraction-spectrophotometric study of ternary complexes of Cr (VI) and Co (II) using o-hydroxythiophenols and aminophenol //International Journal of Chemistry Studies, India, 2018, V. 2 № 3, pp. 17–24.Maharramov A. M., IbrahimovaSh. A., Zalov A. Z., Suleymanova G. S., Mamedova Sh. A., Verdizadeh N. A. Extraction study on the colour reaction for cobalt (II) with the 2-hydroxy-5-nitrothiophenol -di-, triphenylamine — water — chloroform system // Journal of Applied Science, India, 2018, V.4, № 7, pp.21–33.Zalov A. Z., Novruzova N. A. MammadovaSh. A. Huseinova G. А. Application of 2-(Piperidinomethyl)-4-Methylphenol for Extraction Spectrophotometric Determination of Iron // Chemistry Research Journal, Delhi,2020, V. 5, № 1, pp.137–144.

Kitabları

Məqalələri

Təltifləri ADPU-nun 90 illik yubileyində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" ADPU rektorunun "Fəxri fərman"ı ilə təltif edilmişdir.ADPU-nun bir qrup məzununa diplom və fəxri fərmanlar təqdim edildi ADPU-nun 100 illik yubileyində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Kimya elmləri doktorları