Xuan Alberto "Pepe" Skyaffino Villano (; ) ― hücumameyilli yarımmüdafiəçi və ya hücumçu mövqeyində oynamış İtaliya və Uruqvay oyunçusu. Yüksək bacarıqlı və yaradıcı oyunu ilə seçilən Skyaffino klub səviyyəsində Uruqvayın "Penyarol" və İtaliyanın "Milan" və "Roma" klublarında çıxış etmişdir. Milli komanda səviyyəsində o, Uruqvay millisinin heyətində 1950 FİFA Dünya Kubokunun qalibi olmuş və 1954 FİFA Dünya Kubokunda iştirak etmişdir, daha sonra o, İtaliya milli komandasının şərəfini qorumuşdur.

BFTSF-nın keçirdiyi sorğuya əsasən, o, bütün dövrlərin ən yaxşı Uruqvay futbolçusu və iyirminci əsrin ən yaxşı 17-ci futbolçusu seçilmişdir.

Klub karyerası Doğma Uruqvay çempionatında çıxış edən "Penyarol"da keçirtdiyi səkkiz uğurlu ildən sonra Skyaffino 1954-cü ilin sentyabr ayında Seria A təmsilçisi "Milan" klubuna o vaxt üçün rekord məbləğ olan 52 milyon lirə qiymətinə transfer olundu. O, "Milan"ın heyətində 171 oyun 60 qol vurmuş və 1958 Çempionlar Kuboku finalında oynamışdır, hansında ki italyan klubu "Real Madrid"ə 2–3 hesabı ilə (əlavə vaxt) məğlub oldu. Nils Lidholm və Qunnar Nordal kimi xarici ulduzların üstünlük təşkil etdiyi "Milan" klubunun ən vacib hücumçularından biri idi. Skyaffino klubla birgə 1955, 1957 və 1959 İtaliya çempionatı mövsümlərinin qalibi oldu. Skyaffino "Roma" klubuna keçid etdiyindən "Milan"dan ayrıldı. Paytaxt klubunda o, iki mövsüm keçirdikdən sonra oyunçu karyerasını başa vurdu.

Milli komanda karyerası Skyaffino iki ölkənin milli komandalarında oynamışdır. Əvvəlcə 1946–1954-cü illərdə çıxış etdiyi Uruqvay komandası ilə, daha sonra 1954-1954-cü illərdə İtaliya milli komandası ilə. Onun babası Genuya əyalətindən liquriyalı idi.

Uruqvayın heyətində o, 21 oyuna 9 qol vurdu, İtaliya forması ilə isə cəmi dörd oyun keçirtdi. Skyaffino Uruqvayın 1950 Dünya Kubokunda qələbəsində fəal iştirak etmişdir; Marakana stadionunda Braziliyaya qarşı keçirilən final oyununda o, bir qolun müəllifi oldu. 1954 FİFA Dünya Kubokunda isə o, komandası ilə 4-cü yeri tuta bildi.

Ölümü Xuan Alberto Skyaffino 13 noyabr 2002-ci ildə vəfat etmişdir. O, Montevideo şəhərinin Sementerio del Buseo qəbirstanlığında dəfn edilmişdir.

Nailiyyətləri

Klub Penyarol

Uruqvay Primera Divizyonu (Uruqvay çempionatı): 1949, 1951, 1953, 1954

Milan

Seria A: 1954–55, 1956–57, 1958–59 Latın Kuboku: 1956

Roma

Yarmarkalar Kuboku: 1961

Milli komanda səviyyəsində Uruqvay

FİFA Dünya Kuboku: 1950

Fərdi FİFA Dünya Kuboku Ulduz Heyəti: 1950 BFTSF 20-ci əsrin ən yaxşı Uruqvay futbolçusu BFTSF 20-ci əsrin ən yaxşı Cənubi Amerika futbolçusu (6-cı yer) BFTSF 20-ci əsrin ən yaxşı futbolçusu (17-ci yer) World Soccer: bütün zamanların ən böyük 100 oyunçusu Milan FK Şöhrət Zalı BFTSF əfsanələri FİFA Dünya Kuboku Gümüş Topu (2-ci ən yaxşı oyunçu):1950 Latın Kubokunun ən yaxşı bombardiri: 1956

İstinadlar

Xarici keçidlər BFTSF saytında Xuan Alberto Skyaffino

Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Müxtəlif milli futbol komandalarında çıxış etmiş oyunçular Kateqoriya:Uruqvay futbolçuları Kateqoriya:Penyarol FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Uruqvay milli futbol komandasının oyunçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:1950 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Uruqvay Primera Divizyonu futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Uruqvay futbol məşqçiləri Kateqoriya:Uruqvay milli futbol komandasının məşqçiləri Kateqoriya:İtalyanəsilli uruqvaylılar Kateqoriya:Penyarol FK məşqçiləri Kateqoriya:Sementerio del Buseo qəbirstanlığında dəfn olunanlar Kateqoriya:1975 Kopa Amerika məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Uruqvayın kişi futbolçuları Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri