Nəbi Məmmədov (7 avqust 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo Çempionatının bürünc medalçısıdır.
Kariyerası Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib. Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb. 2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub.
Nailiyyətləri
MMA üzrə 4 dəfə Azərbaycan çempionu 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısı
"Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır. Statistikaları NəticəRəqibTurnirTarixMetodRaundDəqiqəMəğlub (3-3) Ramin MazaheriOctagon 46: Firsava vs. DyuzhikovaIyul /24/ 2023Submission11:25Qələbə (3-2)Fatali BabaliAsed FC: Contender 6Apr / 10 / 2021TKO (Zərbələr)10:39Qələbə (2-2)Saeid MardaniAFC 10: Grand Prix Quarter Finals 1Yan / 26 / 2020TKO (Zərbələr)10:45Qələbə (1-2)Mehdi JafariAsed FC 8Avq / 11 / 2019TKO (Zərbələr)21:15Məğlub (0-2) Nurbek İsmayılovBoroda FCOkt / 10 / 2016Submission (Üçbucaqlı boğulma)24:37Məğlub (0–1) Şahin RamazanovGEFC: Grand Prix Azerbaijan Fight ClubMart / 14 / 2015TKO (Zərbələr)14:05
İstinadlar
Xarici keçidlər Nəbi Məmmədov-sherdog Nəbi Məmmədov-tapology Nəbi Məmmədov-fighttime Nəbi Məmmədov-mixedmartialarts.com Nəbi Məmmədov-mma oracle Nəbi Məmmədov-İnstagram
Kateqoriya:Cəbrayılda doğulanlar Kateqoriya:Azərbaycan samboçuları