Kuzma Kovaçiç () — Xorvat mənşəli akademik heykəltaraş və professor.Kuzma Kovačić — official website of National Museum of Modern ArtKuzma Kovačić — UMAS — Umjetničkoj akademiji u Splitu kiparstvo

Haqqında Kuzma Kovaçiç 1952-ci il, iyun ayının 6-da Xorvatiyada, Hvar adasında anadan olub. Orada gimnaziyada təhsil alıb. 1976-cı ildə isə Zaqrebdə İncəsənət Akademiyasını bitirib.

O Hvar Kafedralında altarın müəllifidir. Papa II Con Paulun Braç adasında Selcada inşa edilən heykəlinin müəllifidir. Şkabrinya və Zaqrebdəki Franyo Tucman, Omiş yaxınlığında Qatedə Antun Mihanoviç, Prozor-Rama yaxınlığındakı Diva Qrabovçeva heykəlləri də onun əsərləridir. Kovaçiç Xorvatiya kunalarını (1, 2, 5, 10, 20, 50 lipa və 1,2,̥ 5 və 25 kuna) da dizayn edib. Beynəlxalq səviyyədə əsərləri Zaqrebdəki Müasir Qalereyada və Splitdə İncəsənət qalereyasında sərgilənir. O prezident Franyo Tucman tərəfindən 3 dəfə milli mükafatla təltif edilib. Kovaçiç həm də "Brethren of the Croatian Dragon"un (Xorvat əjdahasının qardaşları) üzvü, Xorvatiya Elmlər və İncəsənət akademiyasının Hvardakı filialının prezidentidir.

O Split Universitetinin İncəsənət akademiyasının professorudur. 2020-ci ildən bəri Xorvatiya Elmlər və İncəsənət akademiyasının həqiqi üzvüdür.Kuzma Kovačić, professor from the Arts academy, promoted to be a full member of the Croatian Academy of Sciences and Arts — https://www.unist.hr

İstinadlar

Kateqoriya:Xorvatiya heykəltaraşları