Rəşid Eldar oğlu Ağamalıyev (28 oktyabr 1992) — ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, animator.

Həyatı Rəşid Ağamalıyev — 1992-ci il oktyabrın 28-də ziyalı ailəsində anadan olmuşdur.

2007–2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbindəhttps://azertag.az/xeber/BEYNALXALQ_KINO_MAKTABI_FAALIYYAT_GOSTARACAKDIR-387335&ved=2ahUKEwiI3rHK3NDxAhWN_6QKHa-tAloQFjALegQIDhAC&usg=AOvVaw12WsHQn3u9vBWRu8Np5Y9U sərbəst dinləyici qismində iştirak edib.

2015-ci ildə Hollandiyanın Utrext universitetindəhttps://www.uu.nl/en&ved=2ahUKEwiX_fP329DxAhVR2aQKHaQqAmIQFjAMegQIIBAC&usg=AOvVaw37_GnQbMSQo3fpi75iSY_v "Fəlsəfə" ixtisası üzrə təhsil almışdır.

2017-ci ildə Çex Respublikasının Olomouts şəhərinin Palatski Universitetihttp://www.czech.az/az/34/&ved=2ahUKEwjp8JaJ39DxAhWIzqQKHUxVAoQQFjADegQIGRAC&usg=AOvVaw0sp87bFuOPRXTtjU_Z7eGHndə "Kinoşünaslıq" və "İngilis dili filologiyası" ixtisasları üzrə bakalavr dərəcəsi alıb.

2018-ci ildə Praqada Səhnə Sənətləri Akademiyasının "Kino və Televiziya" fakültəsində "Kinoprodüser" ixtisası üzrə kurs bitirib.

"Bayatı Şiraz" (2014) bədii klipinin, "Aşıq Qərib. Azərbaycan məhəbbət dastanı" (2014), "Züleyxa ilə dialoqlar" (2019) sənədli filmlərinin və "Tar dərsləri" (2015–2017) kimi maarifləndirici videoların müəllifidir.

2018-ci ildə çap olunan "Azərbaycan animasiyası" kitabının həmmüəllifi və baş redaktorudur. Kitab azərbaycan və rus dillərində tərtib olunub və ötən əsrin 30-cu illərindən bugünlərədək Azərbaycan animasiyasının inkişaf tarixini əhatə edir.https://m.youtube.com/watch%3Fv%3Dd4W33CSDLLE&ved=2ahUKEwja-PzG2tDxAhXCC-wKHcdXByoQwqsBegQIBRAG&usg=AOvVaw1QCpUAL5i7qYffcrckOwL1&cshid=1625653274482

2018-ci ildə yaradılmış ilk Bakı Beynəlxalq Animasiya Festivalı olan ANİMAFİLM-in təsisçisi və direktorudur.

2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan animasiyasının 50-ci ildönümü ilə əlaqədar 2019-cu ildə Yunanıstanın "AnimaSyros", Polşanın "StopTrik" və Gürcüstanın "TOFUZİ" kimi beynəlxalq animasiya festivallarında Azərbaycanın kult retrospektiv cizgi filmlərinin nümayişini həyata keçirib.

Hazırda Rəşid Ağamalıyev Çex Respublikasının Praqa şəhərində yaşayır. Kino və animasiya sahələrində fəaliyyət göstərir.https://www.bbc.com/azeri/media-45944054.amp&ved=2ahUKEwja-PzG2tDxAhXCC-wKHcdXByoQtwIwDXoECA4QAg&usg=AOvVaw2QTnHfj47IuJwV0G09eTIu&ampcf=1&cshid=1625652485907

Filmoqrafiya "Bayatı Şiraz" (2014) "Aşıq Qərib. Azərbaycan məhəbbət dastanı" (2014) "Züleyxa ilə dialoqlar" (2019) "Tar dərsləri" (2015–2017)

İstinadlar