Donduk Kuular (; ) — Tıva dövlət və siyasət xadimi, Tıva Xalq Respublikasının Kiçik Xural Rəyasət Heyətinin sədri. Tannı-Tıvanın 6-cı Baş naziri. Kuular Tıva bank sisteminin yaradıcılarından biri olub. Həyatı Şemi ərazisindən olan (indiki Tıvanın Dzun-Xemçik kojuunun Şemi kəndi) zəngin aratın oğlu idi. Urqadakı Buddist monastırında və Üstü Xuredə təhsil almışdır.В современной истории Тувы кресло премьера занимали 13 раз (geşe elmi dərəcəsinə sahib idi, Yuxarı Çadanski xurasının aparıcı lamalarından biri idi). Yeni yaranan Tıva ziyalılarının orta rəhbərliyənə aid idi, ideyalarında köhnə mədəniyyət təcrübəsi ilə yeni zaman meyllərini birləşdirməyə çalışdı. Müstəqil Tıva dövründə 14 avqust 1921-ci ildə Tanu-Tuva Respublikasının müstəqilliyi elan edilir. Dövlət orqanları təşkil edilir və 22 hissədən ibarət konstutsiya hazırlanır. Birinci konstutsiyada azad şəkildə ibadət təmin edilir. Ölkənin paytaxtı Xem-Beldir (hazırkı Kızıl) olur. 1923-ci ildə Sovet qoşunları Tuvadan çıxarılır. Bir müddət sonra 1924-ci ildə SSRİ və 1926-cı ildə Monqolustanla Tuvanın müstəqilliyinin tanınması haqqında anlaşma imzalanır. bütün bunlardan sonra dövlət quruculuq işləri başlanır. Tıva səviyyəsində nisbətən varlı təbəqənin nümayəndəsi olan Donduk Kuular da bu quruculuq işlərində iştirak edir. Kuular əsasən iqtisadi və maliyyə ilə bağlı sahələrə rəhbərlik edir.

1925-1929-cu illərdə - Tıva Xalq Respublikasının Kiçik Xural Rəyasət Heyətinin ikinci sədri (hökumət başçısı) (1926-cı ilə qədər - Tannı-Tıva Respublikası) və Xarici İşlər Naziri olmuşdur.Государственная Книга «Заслуженные люди Тувы XX века»

1925-ci ilin yayında, Moskvadakı danışıqlarda Tannı-Tıva ilə SSRİ arasında diplomatik əlaqələrin qurulmasına dair saziş bağlanmasında iştirak edən Tıva nümayəndə heyətinin rəhbəri idi.http://rpa-mu.ru/doc/4-2008.pdf Вестник Российской правовой академии, № 4, 2008

1925-ci ilin sentyabrında Tıva Ticarət və Sənaye Bankının (Tuvinbank) qurulmasından sonra Bank Şurasının ilk sədri seçildi.

O dövrün bir sıra Tıva Xalq Respublikasının liderləri kimi, Buddizmə və Sanqaya etiqad edirdi. 1927-ci ildə Çin Xalq Respublikası Nazirlər Şurasının iclaslarından birində Buddizmin cəmiyyətdəki rolu və mövqeyi haqqında bir hesabatında bunları söylədi: “Hazırda biz Tıva xalqı azad respublikayıq, amma müəyyən şərtlər və qəbul etdiyimiz Konstitusiya ilə əlaqədar olaraq, zəhmətkeş insanların vicdan azadlığını təmin etmək üçün kilsə dövlətdən ayrılmışdır. Din hər bir vətəndaşın xüsusi işi elan edilir ". Güllələnməsi və bəraəti Donduk Kuular 1929-cu ildə əksinqilabi fəaliyyətlərdə ittiham olunuraq həbs edilir. Onunla bərabər Tıva dövlətçiliyinin qurucusu və ilk rəhbəri Buyan-Badırqı və İrqıt Şaqdırjan da həbs edilirlər. İstintaq üç il davam edir. Kullar həbs edilən digərləri ilə birlikdə "əksinqilabi soyğunçuluq fəaliyyətində", pozuşuluq hərəkətlərində, 1924-cü ildə "qara və sarı" feodalların Xemçik qiyamında iştirak etməkdə günahlandırılırlar. Donduk Kuular digər Tıva Xalq Respublikasının keçmiş rəhbərləri ilə birlikdə 1932-ci ildə güllələnir.

Donduk Kuular uzun müddət sonra yalnız 2007-ci ildə bəraət alır.

İstinadlar

Ədəbiyyat Монгуш Байыр-Оол «Тайный курьер» Буяна-Бадыргы  — «Тувинская правда», 11.12.2014 № 139

Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:1932-ci ildə vəfat edənlər Kateqoriya:1888-ci ildə doğulanlar Kateqoriya:SSRİ-də edam olunanlar Kateqoriya:Rusiya siyasətçiləri