Əbdülqədir Kamil Məhəmməd (; ; ) — 2013-cü ildən etibarən Cibutinin Baş naziri olan cibutili siyasətçi.

Həyatı Məhəmməd 1951-ci ildə indiki Cibutinin şimalında yerləşən Obok bölgəsindəki Souali şəhərində anadan olub.https://web.archive.org/web/20140101111102/http://www.adjib.dj/actunat/pm.php

Fransanın Limoja Universitetində təhsil alıb, texniki elmlər dərəcəsinə sahibdir, ixtisası isə su təsərrüfatı və ətraf mühitdir.

Fəaliyyəti Ümumi Məhəmməd fəaliyyətinə Cibutidə su idarəsində başladı. Orada 1978–1979-cu illərdə müvəqqəti baş direktor, 1983–2005 -ci illərdə isə baş direktor olaraq çalışdı.

1981-ci ildə Məhəmməd Tərəqqi uğrunda Xalq Partiyasına qatıldı. 2012-ci ilin sentyabr ayında TXP-ın vitse-prezidenti seçilənə qədər tədricən siyasi arenada yüksəldi. 2012-ci ilin noyabrında birliyin prezidenti təyin edildi.

2005-ci ilin mayından 2011-ci ilin mayınadək Məhəmməd Cibuti hökumətində Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışıb. 2011-ci ilin may ayında Müdafiə Naziri təyin edildi.http://www.rtd.dj/index.php?option=com_content&view=article&id=2124:mr-abdoulkader-kamil-mohamed-nomme-aujourdhui-premier-ministre-par-le-president-de-la-republique-de-djibouti-&catid=42:rokstories&Itemid=115

Məhəmməd eyni zamanda Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. UMP-ın parlamentdəki qələbəsindən sonra 22 fevral 2013-cü ildə yenidən vəzifəyə seçilib.

Baş nazir fəaliyyəti 1 mart 2013-cü ildə Məhəmməd Cibutinin Baş naziri təyin edildi. Uzun müddət xidmətdə olan Dileyta Məhəmməd Dileytanın yerinə 1 aprel tarixində vəzifəyə başladı.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər Kateqoriya:Cibuti nazirləri