''Molodaya qvardiya'' (; mənası – gənc qvardiya) — Rusiya aylıq jurnalı. Jurnalın məzmunu ədəbiyyat və siyasətə yönəlmişdir.

Tarixi "Molodaya qvardiya" 1922-ci ilin mayında Moskvada Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olaraq təsis edilmişdir. 1922-ci ildən çıxır. Buna baxmayaraq, 1942–1947-ci illərdə çıxmamış, 1947–1956-cı illərdə isə gənc yazıçıların almanaxı kimi fəaliyyət göstərmişdir. Yerli və xarici ölkə yazıçılarının əsərlərini (mövzusu əsasən, gənclərin həyatından götürülmüş), publisistik, ədəbi-tənqid məqalələri nəşr edir. Jurnalda Azərbaycan yazıçılarının da əsərləri çap olunmuşdur. "Molodaya qvardiya" jurnalı 1972-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1982-ci ildə tirajı 652 min nüsxə idi.

İstinadlar

Əlavə ədəbiyyat Молодая гвардия (журнал) // Краткая литературная энциклопедия / Гл. ред. А. А. Сурков. — М. : Советская энциклопедия, 1962—1978.

Kateqoriya:1922-ci ildə yarananlar Kateqoriya:SSRİ jurnalları Kateqoriya:Rus dilində jurnallar Kateqoriya:Rusiya jurnalları Kateqoriya:Kommunist jurnalları