Tərxanlı — Azərbaycan Respublikasının Laçın rayonunun Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Tərxanlı kəndi Qarabağ silsiləsinin ətəyindədir. Mənbələrin məlumatına görə, Eyvazuşağı kəndinin (hazırda mövcud deyil) əhalisinin bir hissəsi Təbrizə gedərək, Cənubi Azərbaycanda Səttarxanın rəhbərlik etdiyi demokratik hərəkatda (1905–1911) iştirak etmişdir. Buna görə də hərəkat yatirıldıqdan sonra kənd camaatının çar hökuməti bütünlüklə sürgün etmiş və yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. Sovet hakimiyyəti illərində onların bir hissəsi Azərbaycana qayıdaraq az müddət Qubadlı rayonunun Başarat inzibati ərazi vahidində yaşamiş, sonralar isə köhnə kəndlərinin yaxınlığındakı Tərxanyalı adlı indiki sahəyə köçərək Tərxanlı kəndini salmışlar. Kənd salındiği ərazinin adını daşıyır. Tərxanlı komponentli coğrafi adlara başqa xalqların toponimiyasında da rast gelinir: Tarxam kəndi (Rusiya, Penza vilayəti), Tarxam kəndi (Rusiya, Saratov vilayəti), Darxan kəndi (Özbəkistan), Tarkan kəndi (Macarıstan), Darxan–Xandağı, Darxan şəhəri (Monqolustan) və s. Əksər tədqiqatçilar tərxan sözünün Orxon–Yenisey abidələrindən başlayaraq, "yüksək rütbə, titul, ləyaqət, əsli–nəcabət" mənaları kəsb etdiyini qeyd edirlər.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi 2021-ci ilin statistikasına görə kəndin əhali sayı 124 nəfər olmuşdur.
Tanınmış şəxsləri
Fərzalı bəy - XX əsrin əvvəllərində Zəngəzur bölgəsində erməni quldurları ilə mübarizə aparan dəstənin başçısı.
Teymur İsmayılov - İkinci Dünya Müharibəsi iştirakçısı (itkin).
Aşıq Alış - XX əsr Azərbaycan aşıq sənətinin nümayəndələrindən biri.
Etibar Məmmədov - Birinci Qarabağ müharibəsi döyüşçüsü.Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Elman İsmayılov - H.Əliyev adına Bakı Neft Emalı zavodunun sabiq direktoru (2008-2019).
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri