Geri sayım: Inspiration4 kosmos missiyası () — 2021-ci ildə Netflix platformasında yayımlanan SpaceX-in Inspiration4 missiyası haqqında çəkilmiş ABŞ istehsalı beş seriyadan ibarət sənədli serial.

İstehsal Netflix 3 avqust 2021-ci ildə rəsmi Twitter səhifəsində kosmos missiyası ilə əlaqəli sənədli serial istehsal etdiyini təsdiqlədi Inspiration4 öz səhifəsində paylaşıma cavab yazdı: "Heyətimizin həyəcanlı, dünya xarici səyahətini əhatə edən "Geri sayım: Inspiration4 kosmos missiyası" serialına @netflix-də baxmağa səbirsizlənirik". Serial işə qəbul prosesini, hazırlığı və mümkün qədər real vaxtda, İlon Maskın SpaceX şirkəti tərəfindən həyata keçiriləcək ilk mülki orbital uçuş haqqındadır. Sənədli serial Time Studios ilə ortaq istehsal edilmişdir. Serialın rejissoru Maykl Cordan haqqında çəkilmiş "Sonuncu rəqs" sənədli filminin rejissoru olan Ceyson Hehirdir.

Reklam və buraxılış SpaceX şirkətinin təsisçisi İlon Mask insanları serialı izləməyə cəlb etmək üçün sosial media hesabından istifadə etmişdir. O, rəsmi Twitter səhifəsində Inspiration4-ün çıxdığı gün izləyicilərini serialı izləməyə dəvət etdi.

İlk dört seriya 6-13 sentyabr tarixində yayımlandı. Sonuncu seriya isə 30 sentyabrda yayımlandı.

Seriya siyahısı

Reaksiyalar The Daily Beast, The Guardian qəzetləri və MTİ serial haqda müsbət fikirlər bildirmişdirlər. MTİ serialın ilk bölümlərinin daha cəlbedici olduğunu demişdir. Səbəb olaraq isə bu bölümdə heyətə tanışlığı göstərmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ sənədli filmləri Kateqoriya:ABŞ teleserialları Kateqoriya:ABŞ teleseriallarının seriyalarının siyahısı Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Kosmos haqqında filmlər Kateqoriya:ABŞ-də çəkilən filmlər Kateqoriya:2021-ci ilin teleserialları