Turşsu — Azərbaycan Respublikasının Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Laçın rayonunun Fətəlipəyə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Turşsu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
Tarixi abidələri Burada xeyli tarixi abidələr və qəbirsanlıqlar var idi ki, indi ermənilər tərəfindən dağıdılıb.
Coğrafiyası və iqlimi Kəndin ətrafı dağlarla əhatə olunmuş və Laçın rayonunun digər kəndləri kimi böyük meşə ehtiyatına malikdir. Mineral suları ilə məşhurdur.
Əhalisi İşğala qədər əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur.
İqtisadiyyatı Əsas təsərrüfat sahəsi heyvandarlıq olmuşdur. Bol ot ehtiyatına malik otlaqları vardır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun kəndləri