Nikpur Mirhüseyn oğlu Cabbarlı () — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). Nikpur Cabbarlı Azərbaycan mühacirət ədəbiyyatı üzrə tanınmış mütəxəssisdir.
Həyatı Nikpur Mirhüseyn oğlu Cabbarlı 1968-ci il aprelin 16-da Bakıda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1994) və Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasını (1997) bitirmişdir. 1998-ci ildə "Azərbaycan mühacirət ədəbiyyatşünaslığında klassik irs problemi" mövzusunda namizədlik (fəlsəfə doktoru), 2017-ci ildə isə "XX əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında)" mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Filologiya elmləri doktoru (2017), dosentdir (2006). Azərbaycan mühacirət ədəbiyyatına dair 6 monoqrafiyanın, onlarla məqalənin, bir neçə tərtib işinin müəllifi Nikpur Cabbarlı bu sahədə mötəbər söz sahibi olan mütəxəssis kimi tanınır.
Elmi fəaliyyəti Nikpur Cabbarlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 28 il ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Bu dövr ərzində aspirantlıqdan elmi katib və şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir. O, 1998–2004-cü illər arasında İnstitutda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. 1996-cı ilin mayından 2003-cü ilin sentyabrınadək İnstitut Gənc Alimlər Birliyinin sədri olub. 2004-cü il sentyabrın 20-dən 2013-cü il iyulun 16-dək İnstitutun elmi katibi vəzifəsində səmərəli fəaliyyət göstərib, elmi-təşkilati işin akademik prinsiplər əsasında qurulmasında, elmi tədqiqatların təşkilinin müasir tələblər səviyyəsinə qaldırılmasında, bu işlə əlaqədar normativ-hüquqi aktlara ciddi riayət edilməsində prinsipiallıq göstərib.
Nikpur Cabbarlı 1996-cı ilin may ayından etibarən İnstitut Elmi Şurasının üzvüdür. 2007-ci ilin iyulundan 2009-cu ilin dekabrınadək Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının da elmi katibi kimi çalışıb. Çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" Baş Redaksiya Şurasının üzvü (2007–2013), həmin nəşrin 2004-cü ildə çapdan çıxmış I cildinin məsul katibi, hazırlanmaqda olan VI cildinin məsul katibi (2003–2006), məsul redaktorunun müavini olub (2007–2013). Hazırda həmin nəşrin VII cildinin məsul redaktorlarından biri, indiyədək 5 cildi nəşr olunmuş "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının baş redaktorunun müavinidir.
Nikpur Cabbarlı "Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi" (2001), "Mühacirət və klassik ədəbi irs" (2003), "Abay Dağlının mühacirət dövrü yaradıcılığı" (2009), "Azərbaycan mühacirət nəsri" (2011), "Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" (2015) monoqrafiyalarının, "Azərbaycan mühacirət poeziyası (icmallar və portretlər)" (2014), "Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri (araşdırma və tərtib)" kitablarının, nüfuzlu yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 50-yə yaxın məqalə və konfrans materialının müəllifi, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" monoqrafiyasının (2009) həmmüəllifi, bir neçə kitabın tərtibçisi, rəyçisi, elmi və məsul redaktorudur. Bir sıra Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda məruzələr etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə elan edilmiş əsas qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri" mövzusunda kompleks elmi tədqiqat layihəsi Nikpur Cabbarlının rəhbərliyi ilə uğurla icra edilmişdir (aprel 2017 — aprel 2019).
Monoqrafiyalar Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi. Bakı. Elm, 2001, 68 s. Mühacirət və klassik ədəbi irs. Bakı. Elm, 2003, 172 s. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Bakı. Elm, 2009, 72 s. Azərbaycan mühacirət nəsri. Bakı. Elm və təhsil, 2011, 140 s. Azərbaycan mühacirət poeziyası (icmallar və portretlər). Bakı. Elm və təhsil, 2014, 120 s. Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı. Elm və təhsil, 2015, 56 s.
Kitablar
Tərtib etdiyi kitablar Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri. Bakı.Təhsil, 2014, 96 s. Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə. Bakı. Elm, 2015, 484 s. (Ş. Vəliyevlə müştərək). "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası. I cild. Məhəmməd Əmin Rəsulzadə. Bakı. Elm, 2016, 372s. (Ş. Vəliyevlə müştərək). Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. IV cild. Teymur Atəşli. Seçilmiş əsərləri. Bakı. Elm və təhsil, 2020, 336 s. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. V cild. Alazan Baycan. Əsərləri. Bakı. Elm və təhsil, 2021, 204 s. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. VI cild. Süleyman Təkinər. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil, 2022, 280 s. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. VII cild. Mirzə Bala Məmmədzadə. Seçilmiş əsərləri. Bakı. Elm və təhsil, 2023, 612 sAzərbaycan mühacirət ədəbiyyatı kitabxanası. VII cild. Mirzə Bala Məmmədzadə. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil, 2023. 612 s. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. VIII cild. Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı. Elm və təhsil, 2025, 432 s (müştərək)Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. VIII cild. Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı: Elm və təhsil, 2025, 432 s (müştərək)
Redaktə etdiyi kitablar Bəkir Nəbiyev. Didərgin şair. Bakı. XXI YNE, 2005, 120 s. Bəkir Nəbiyev. Xəzan vurmasın. Bakı. Elm, 2006, 452 s. Bəkir Nəbiyev. Heydər Əliyev haqqında etüdlər. Bakı. Çinar-Çap, 2007, 136 s. Bəkir Nəbiyev. Hərənin öz yolu var. Bakı. Çinar-Çap, 2007, 466 s. Bəkir Nəbiyev. Seçilmiş əsərləri. Beş cilddə. I cild. // Bakı. Çinar-Çap, 2009, 492 s. Bəkir Nəbiyev. Seçilmiş əsərləri. Beş cilddə. IV cild. // Bakı. Çinar-Çap, 2009, 554 s. "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" II Beynəlxalq elmi konfransının materialları, Bakı. Elm və təhsil, 2016, 336 s. "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası. II cild. Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. // Bakı. Elm, 2017, 368 s. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu. Bakı. Elm və Təhsil, 2019, 344 s. "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası. III cild. Səlim Rəfiq Rəfioğlu. Füzuli. // Bakı. Elm və təhsil, 2019, 440 s. Şahbaz Şamıoğlu (Musayev). Azərbaycan mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq, Bakı. Elm və təhsil, 2023. 332 s. Abid Tahirli. Məhəmməd Altunbayın həyatı və yaradıcılığı. Bakı. Xəzər Universiteti nəşriyyatı, 2023, 136 s.Abid Tahirli. Məhəmməd Altunbayın həyatı və yaradıcılığı. Bakı: Xəzər Universiteti nəşriyyatı, 2023, 136 s. Şahbaz Şamıoğlu. Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistalyor irsi. Bakı. Elm və təhsil, 2023, 172 s.Şahbaz Şamıoğlu. Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistalyor irsi. Bakı: Elm və təhsil, 2023, 172 s. Əhməd Ağaoğlu və Türk dünyası. Beynəlxalq elmi konfransın materialları. Bakı. Elm və təhsil, 2025, 224 s.Əhməd Ağaoğlu və Türk dünyası. Beynəlxalq elmi konfransın materialları. Bakı: Elm və təhsil, 2025, 224 s.
Məqalələr
Elmi məqalələr Sabir mühacirət ədəbiyyatşünaslığında.Sabir mühacirət ədəbiyyatşünaslığında.// "Ədəbiyyat qəzeti", 30 may 1997, 0,4 ç.v. Mühacirət ədəbiyyatşünaslığında XVIII əsr Azərbaycan ədəbiyyatı məsələləri.Mühacirət ədəbiyyatşünaslığında XVIII əsr Azərbaycan ədəbiyyatı məsələləri.// "Filoloji araşdırmalar", VII kitab (Ədəbi gəncliyin axtarışları). Bakı, 1998, s. 18–22. Mirzə Fətəli Axundzadə Azərbaycan mühacirət ədəbiyyatşünaslığında.Mirzə Fətəli Axundzadə Azərbaycan mühacirət ədəbiyyatşünaslığında.// Azərbaycan EA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1998, № 1–2, s. 15–22. Əhməd Cəfəroğlunun folklorşünaslıq irsi.Əhməd Cəfəroğlunun folklorşünaslıq irsi.// Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. VIII kitab. Bakı: Səda, 1999, s. 167–172. Əhməd Cəfəroğlunun "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" əsəri.Əhməd Cəfəroğlunun "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" əsəri.// Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri). XVII cild. Bakı: Ağrıdağ, 1999, s. 266–273. Əhməd Cəfəroğlunun Azərbaycan ədəbiyyatı tarixinə baxışı.Əhməd Cəfəroğlunun Azərbaycan ədəbiyyatı tarixinə baxışı.// Azərbaycan EA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 2000, № 3–4, s. 11–24. Mirzə Bala Məhəmmədzadə və klassik ədəbi irs.Mirzə Bala Məhəmmədzadə və klassik ədəbi irs.// Azərbaycan MEA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 2001, № 1–2, s. 103–109 Almas İldırımın mühacirət dövrü yaradıcılığı.Almas İldırımın mühacirət dövrü yaradıcılığı.// Azərbaycan MEA-nın Xəbərləri. Humanitar və ictimai elmlər seriyası, 2002, № 1–2, s. 166–175. Cəfər Cabbarlı mühacirət ədəbiyyatşünaslığında.Cəfər Cabbarlı mühacirət ədəbiyyatşünaslığında.// "Azərbaycan" jurnalı, 2002, № 9, s. 178–179. Azərbaycan mühacirət ədəbiyyatında milli-mənəvi dəyərlər problemi (Abay Dağlının "Okullular" pyesi əsasında).Azərbaycan mühacirət ədəbiyyatında milli-mənəvi dəyərlər problemi (Abay Dağlının "Okullular" pyesi əsasında). // Azərbaycan MEA-nın Məruzələri, 2002, № 5–6, s. 328–333. Mühacirət poeziyasında azərbaycançılıq.Mühacirət poeziyasında azərbaycançılıq. // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar və ictimai elmlər seriyası, 2003, № 1–4, s. 184–192. Azərbaycan mühacirət dramaturgiyasında Anadolu istiqlal savaşının inikası (Abay Dağlının pyesləri əsasında).Azərbaycan mühacirət dramaturgiyasında Anadolu istiqlal savaşının inikası (Abay Dağlının pyesləri əsasında). // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2004, № 1, s. 24–32. Azərbaycan mühacirət dramaturgiyasında sənətkar və zaman problemi.Azərbaycan mühacirət dramaturgiyasında sənətkar və zaman problemi. // Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri). XVIII cild. Bakı: Elm, 2004, s. 286–293 Azərbaycan mühacirət ədəbiyyatında totalitar sovet rejiminin ifşası (Abay Dağlının yaradıcılığı əsasında).Azərbaycan mühacirət ədəbiyyatında totalitar sovet rejiminin ifşası (Abay Dağlının yaradıcılığı əsasında).// Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2004, № 3–4, s. 66–73. Kərim YaycılıAzərbaycan MEA-nın Xəbərləri. Humanitar Emlər Seriyası.2005, № 3, s.3–13 Məhəmmədhüseyn Şəhriyar mühacirət ədəbi tənqidində.Məhəmmədhüseyn Şəhriyar mühacirət ədəbi tənqidində. // Azərbaycan MEA-nın Məruzələri, 2005, № 4, s. 201–204. Süleyman Təkinər və sovet dövrü Azərbaycan ədəbiyyatı məsələləri.Süleyman Təkinər və sovet dövrü Azərbaycan ədəbiyyatı məsələləri. // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 1, s. 22–29. Mühacirət ədəbiyyatşünaslığı və 1920–1930-cu illərdə Azərbaycanda ədəbi proses.Mühacirət ədəbiyyatşünaslığı və 1920–1930-cu illərdə Azərbaycanda ədəbi proses. // XX əsr Azərbaycan ədəbiyyatı məsələləri (tematik toplu) – I kitab, Bakı: Elm, 2006, s. 49–63. Stalinizmi ifşa edən əsər (M. Ə. Rəsulzadənin "Stalinlə ixtilal xatirələri").Stalinizmi ifşa edən əsər (M. Ə. Rəsulzadənin "Stalinlə ixtilal xatirələri"). // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 4, s. 10–16. Mustafa Teymur Atəşlinin poeziyasına dair.Mustafa Teymur Atəşlinin poeziyasına dair. // Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri), XX cild, Bakı: Ozan, 2007, s. 35–47. Məhəmmədsadıq Aranın həyat və yaradıcılığına dair.Məhəmmədsadıq Aranın həyat və yaradıcılığına dair. // Naxçıvan Dövlət Universitetinin elmi əsərləri (humanitar elmlər və pedaqogika seriyası). Naxçıvan, 2008, s. 80–84. Azərbaycanlıların soyqırımı mühacir yazarların bədii-publisistik irsində.Azərbaycanlıların soyqırımı mühacir yazarların bədii-publisistik irsində. // Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri), XXI cild, Bakı: Elm, 2008, s. 21–29. Azərbaycan mühacirət nəsrində milli istiqlal hərəkatının inikası.Azərbaycan mühacirət nəsrində milli istiqlal hərəkatının inikası. // Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri), XXΙΙ cild, Bakı: Elm, 2009, s. 32–41.