Teymur Heydər oğlu Yəhyayev () — Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1991–1992, 1993–2000).

Həyatı Teymur Heydər oğlu Yəhyayev 1 yanvar 1955-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Abbaslı məhəlləsində polkovnik-leytenant Heydər Yəhyayevin ailəsində doğulmuşdur. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsindən məzun olmuşdur. Tələbəlik illərində həmin institutda təhsil alan Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevlə dostluq etmişdir.

Teymur Yəhyayev 26 oktyabr 2026-cı ildə 71 yaşında Rusiyanın Sankt-Peterburq şəhərindən vəfat edib.

İctimai-siyasi fəaliyyəti Teymur Yəhyayev "İTAR-TASS" Analitik-İnformasiya Agentliyində əvvəlcə müxbir, daha sonra isı direktor vəzifəsinədək müxtəlif vəzifələrdə çalışmışdır.

Teymur Yəhyayev 4 noyabr 1991-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibov tərəfindən Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Lakin, o, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra, yəni 2 iyun 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 813 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[https://e-qanun.az/framework/7153 İ. Ə. Rəhimovun Masallı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və T. H. Yəhyayevin həmin vəzifədən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Teymur Yəhyayev 8 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 nömrəli fərmanı ilə yenidən Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. O, 30 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 494 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[https://e-qanun.az/framework/709 T. H. Yəhyayevin Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

İstinadlar

Kateqoriya:Masallı Rayon İcra Hakimiyyətinin başçıları