– XVI-XVII əsrlərdə yaşamış Yaponiya taciri. Sakit okeanı keçən ilk yapon hesab olunur. Qərbdə Don Fransisko de Velasko adı ilə tanınmışdır.

Həyatı 1609-cu ildə Filippinin keçmiş canişini olan Don Rodriqo Vivero de Velasko Yaponiyanın Kazusa əyaləti sahillərində dəniz qəzasına uğramışdır. 1610-cu ildə onu Yeni İspaniyaya qədər müşayiət edən 20 nəfərlik Yaponiya nümayəndliyinin başçısı Tanaka Şosuke idi. Tanaka özü ilə Tokuqava İeyasunun adından hədiyyələr və şəxsi mesaj aparmış, Yaponiya ilə Yeni İspaniya arasında ticarət əlaqələrinin qurulmasını ümid etmişdir. Həmin dövrdə yaşamış yerli tarixçi Çimalpain onu belə təsvir etmişdir:

Tanaka Yeni İspaniyada uğursuz olmuş, 1611-ci ildə təşəkkür məqsədilə Yaponiyaya göndərilmiş ispan nümayəndə Sebastyan Viskaino ilə birlikdə Yaponiyaya qayıtmışdır.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Yaponiya səyyahları Kateqoriya:Meksika–Yaponiya münasibətləri Kateqoriya:Yaponiyanın iş adamları Kateqoriya:Yaponiyanın Roma katolikləri